İlham Əliyevin islahatları real nəticəsini verir

 

Azərbaycan qlobal böhranın yaratdığı çətinlikləri sürətlə geridə qoyur

 

Son illərdə qlobal iqtisadiyyatda baş verənlər, o cümlədən neftin qiymətinin aşağı düşməsi əksər dövlətlərin iqtisadiyyatına müxtəlif dərəcədə öz təsirini göstərmişdir.

Koronavirus infeksiyasının yayılması pandemiyaya çevrilməsi isə demək olar ki, bütün dövlətlərin iqtisadi həyatında hiss olundu. Bunun nəticəsidir ki, son iki ildə dünyanın hər yerində iqtisadi azalma baş verib.

 

Ölkəmizdə iqtisadiyyat artır, sənaye potensialı yüksəlir

 

Azərbaycan iqtisadiyyatı qlobal iqitsadiyyatla sıx inteqrasiya olunmuş şəraitdə inkişaf etdiyindən dünyada baş verən proseslər təbii ki, respublikamıza da təsirsiz ötüşmədi. Ümumi daxili məhsul istehsalında, iqtisadiyyatın ayrı-ayrı sferalarında əvvəlki illərlə müqayisədə azalmalar özünü büruzə verdi. Lakin 2021-ci ilin yekunları göstərdi ki, milli iqtisadiyyatımız pandemiyanın yaratdığı çətinlikləri geridə qoyub.

Fevralın 11-də “QobuEnerji Qovşağının açılışından sonra AZƏRTAC-a müsahibə verən Prezident İlham Əliyev keçən il iqtisadiyyatımızın 5 faizdən çox artdığını bəyan etdi: “Eyni zamanda ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb”.

Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ildə ölkədə 92857,7 milyon manatlıq ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olub. Sənaye müəssisələri bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ildə 54,5 milyard manatlıq ya 2020-ci illə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib.

Bütün bunlarla bərabər, 2021-ci ildə respublikamızın valyuta ehtiyatlarının 2,5 milyard dollar artması, o cümlədən  xarici ticarət dövriyyəsində ixracın idxalı üstələməsi, 10 milyard dollardan çox müsbət saldonun yaranması ötən ilin Azərbaycan üçün uğurlu olduğunu təsdiq edən mühüm makroiqtisadi göstəricilərdir.

 

Qlobal təsirlərə dözümlülük əhəmiyyətli dərəcədə möhkəmlənib

 

Ötən ilin makroiqtisadi göstəriciləri ürəkaçandır. Görünən odur ki, indiyədək bütün qlobal iqtisadi kataklizmlərdən layiqincə çıxan Azərbaycan pandemiyanın yaratdığı çətinlikləri sürətlə geridə qoyur. Təbii ki, nailiyyətlərin təməlində Prezident İlham Əliyevin başlatdığı davamlı şəkildə həyata keçirilən iqtisadi islahatlar dayanır. Bunun nəticəsində ölkənin sosial-iqtisadi potensialının artımına nail olunması ilə yanaşı, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü əhəmiyyətli dərəcədə yüksəlib.

Azərbaycanın iqtisadi sferada nail olduğu artımlarla bağlı başqa bir mühüm məqam ondan ibarətdir ki, respublikamız bütün bu uğurlara müharibədən dərhal sonra nail olub. Dünya təcrübəsi göstərir ki, müharibədən çıxmış dövlətlər iqtisadi sahədə irəliləyişlərə dərhal nail ola bilmirlər, bunun üçün uzun illər lazım gəlir. Azərbaycanın isə müharibədən təzə çıxmış ölkə olması baxımından nail olduğu iqtisadi artımı ondan xəbər verir ki, respublikamızda gözəl iqtisadi mühit var. Eyni zamanda müsbət iqtisadi göstəricilərin Qarabağ Şərqi Zəngəzurda aparılan bərpa yenidənqurma işlərinin fonunda əldə edilməsi bir daha Prezident İlham Əliyevin iqtisadi strategiyasının  dövlətimizin qarşısında dayanan iqtisadi məqsədləri layiqincə  təmin etdiyini göstərir.

Onu da qeyd edək ki, bu ildən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Bütün bunlar respublikamızda gedən düzgün iqtisadi proseslərin islahatların məntiqi nəticəsidir.

 

Daha keyfiyyətli inkişaf üçün əsaslar yaranıb

 

Prezident İlham ƏliyevQobuEnerji Qovşağının açılışından sonra verdiyi müsahibədə 2022-ci ilin yanvar ayının da makroiqtisadi göstəricilərini diqqətə çatdırdı: “İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni bu, onu göstərir ki, müsbət dinamika bu il təmin ediləcək”.

İqtisadi reallıqlara əsasən, yanvar ayı adətən iqtisadiyyatda nəzərəçarpan rəqəmlərlə yadda qalmır. Lakin göründüyü kimi, Azərbaycanda iqtisadi inkişaf ilin birinci ayından sürətli templə əlamətdardır. Bu da 2022-ci ilin respublikamızın iqtisadi inkişafında mühüm mərhələ olacağına dəlalət edir.

Artıq Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən sosial-iqtisadi quruculuq ərazi bütövlüyünün təmini Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradıb. Respublikamızın ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycanın iqtisadi qüdrəti daha da artırılacaq, işğaldan azad edilmiş bölgələrə tarixi qayıdış məskunlaşma təmin ediləcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 16 fevral.- S.2.