Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

 

Fevralın 16-da  Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov həmkarının COVİD-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir Mevlüt Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.

 

Azərbaycan.- 2022.- 17 fevral.- S.2.