Qarabağın quruculuğu ümummilli fəaliyyətə çevrilir

 

İşğaldan azad olunmuş ərazilərin  bərpasına investisiya yatıracaq yerlixarici adamlarına dövlət hər cür dəstək göstərəcək

 

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan indi qlobal layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkəyə çevrilib.

Müstəqillik dövründə, yəni cəmi 30 il ərzində ölkə iqtisadiyyatına 300 milyard dollar investisiya qoyulması, xarici ölkələrə yatırımlar etməsi, əlbəttə ki, hər ölkəyə nəsib olmayan möhtəşəm nailiyyətlərdir.

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra regionda yaranan yeni reallıqlar və bölgədə diktənin Azərbaycana məxsus olması isə bir daha təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazın ən fəal siyasiiqtisadi aktorudur.

 

Azərbaycan ən azı 100 il həm özünü, həm də tərəfdaşlarını qazla təchiz edə bilər

 

Bu gün Azərbaycan yalnız öz gücünə, heç bir təşkilatdan, dövlətdən yardım almadan işğaldan azad edilən torpaqlarımızda böyük quruculuq işlərini davam etdirir. Təbii ki, işğaldan azad edilən rayonlarımızda bərpa, yenidənqurma və iqtisadiyyatın formalaşması Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək.

İqtisadçı ekspertlərin ilkin proqnozlarına görə, işğaldan azad edilən ərazilərimiz aqrar sektorda əlavə 10 faizə yaxın dəyərin yaradılmasına imkan verəcək ki, bu da sənayedə və Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək.

Prezident İlham Əliyev bütün görülən işlərin dövlətin ayırdığı vəsaitlər hesabına həyata keçirildiyini söyləyərək bu proseslərdə yerlixarici investorların da iştirakını məqbul sayır. Fevralın 11-də “Qobu” yarımstansiyasının və “QobuElektrik Stansiyasının açılışında və Ağdama səfəri çərçivəsindəki çıxışında dövlət başçısı investorlara çağırış edərək onları əməkdaşlığa çağırdı.

Prezident son illərdə prioritet sahə kimi müəyyənləşdirilən bərpaolunan enerji növlərinin inkişafı istiqamətində görülən işlərdən söz açaraq dedi ki, təbii qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Azərbaycanda isə əksinədir. Qüdrətli ölkəmiz bundan sonra ən azı 100 il həm özünü, həm də tərəfdaşlarını təbii qazla təchiz edə bilər. Buna baxmayaraq, bu gün Azərbaycan bərpaolunan enerji növlərinə sərmayə qoyur: “Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq. İkinci səbəb ondan ibarətdir ki, bizim buna imkanımız var, potensialımız var. Ölkədə o qədər gözəl investisiya iqlimi yaradılıb ki, həm özümüz, həm də xarici firmalar buna böyük maraq göstərirlər. Bu marağı biz yaratmışıq. Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar”.

 

Bu il Qarabağ və Şərqi Zəngəzurda 5 SES-in inşasının tamamlanması nəzərdə tutulur

 

Ötən ay bu sahədə ən böyük şirkətlərdən biri - “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulan 240 meqavatlıq külək-elektrik stansiyasını buna misal göstərmək olar. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş-elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar aparılır. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

İşğaldan azad edilmiş torpaqlarımızda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su-elektrik stansiyası yenidən qurulub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu il 5 su-elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Bu ərazilərdə təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su-elektrik stansiyası qurulacaq.

İlham Əliyev məhz bu sahəyə sərmayə yatırmaq üçünyerlixarici investorlara çağırış etdi: “Dövlət onsuz da bu işləri görəcək və görür. Amma yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar. Əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın zonasındadır və azad edilmiş digər torpaqlarda. Mən bu rəqəmləri bildirmişdim, 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var, günəş və külək stansiyalarını nəzərə alaraq. Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq”.

 

Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək

 

Fevralın 13-də Ağdama səfəri çərçivəsində Prezident vurğuladı ki, işğaldan azad edilmiş rayonlarımızın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb və qısa müddət ərzində bu, konkret nəticələrə gətirib çıxaracaq.

Xatırladaq ki, ilk Baş planı təsdiq edilən rayon Ağdamdır. Hazırda plana uyğun olaraq Ağdamda geniş tikinti-quruculuq işləri həyata keçirilir. Baş plan və aparılan işlər göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub. Artıq 5 rezidenti olan sənaye parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Dövlət tərəfindən infrastruktur formalaşdıqdan sonra yalnız sənaye parkında deyil, digər istiqamətlərdə də investisiyaların cəlb edilməsi nəzərdə tutulur.

İlham Əliyev rayonun ümumi potensialından, quruculuq işlərindən danışarkən bir daha adamlarına çağırış etdi. Dövlət başçısı sahibkarları həm Ağdama, həm də işğaldan azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırdı. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarlara kömək edir, həm mənəvi-siyasi dəstək verir, həm də güzəştli kreditlər ayırır: “Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, yerləri yaratsınlar”.

İlham Əliyev vurğuladı ki, azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdırlar.

İlham Əliyev əminliklə vurğuladı ki, bu gün görülən bütün işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq: “Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”

Bir sözlə, Prezidentin investorlara çağırışı və adamlarının bu çağırışa dəstək vermələri onu deməyə əsas verir ki, tezliklə işğaldan azad edilən torpaqlarımızda müxtəlif sahələrə böyük investisiyalar yatırılacaq. Bu isə, ümumilikdə Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 18 fevral.- S.1-2.