Daim xalqın yanında

 

 

Son illər respublikamızda həyata keçirilən islahatlarla, mühüm nailiyyətlərlə yanaşı, həm də yeniliklərlə əlamətdardır. Bu sırada hələ bir neçə il əvvəl Konstitusiyaya edilən dəyişikliklər, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi və  vitse-prezidentlik institutunun yaradılması ölkəmizin tarixində mühüm siyasi yenilik oldu.

PrezidentİlhamƏliyevin 2017-ciil21 fevraltarixli sərəncamı ilə MehribanƏliyevanınrespublikamızınBirincivitse-prezidentitəyinedilməsiisə ölkə vətəndaşlarınındərinrəğbətiilə qarşılandı.

Bu da səbəbsiz deyildi. Çünki insanlar ölkəmizin birinci xanımından buna qədər daşıdığı bütün siyasiictimai statuslarda xalqa, dövlətə yüksək xidmət məramının şahidi olmuşdular. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, parlamentin dostluq qrupunun sədri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Gimnastika Federasiyasının prezidenti kimi vəzifələrdə Mehriban Əliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial, iqtisadi, mədəni, humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına böyük töhfələr vermişdi. Bu çoxşaxəli fəaliyyət bütün məziyyətləri ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyinə yönəlmiş ideallarının reallaşmasına xidmət edirdi. Ona görə Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyev bu sərəncamı imzaladığı zaman əmin idi ki, Mehriban Əliyeva ona həvalə olunan bu vəzifənin də öhdəsindən layiqincə, şərəflə gələcək, idarəçiliyin və xalqa xidmətin ən gözəl yeni nümunələrini yaradacaq.  Ötən 5 ilin reallıqları bunu təsdiq edir.

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən yenə də sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı  fəaliyyətə başladığı ilk günlərdən aydın idi. Təsadüfi deyil ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk diqqət yetirdiyi məsələ yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi, əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiya məsələləri oldu, bu istiqamətlərdə qısa müddətdə mühüm tədbirlər həyata keçirdi.

Mehriban Əliyeva bu günsosial qayğıya, köməyə ehtiyacı olanların yanındadır. Təsadüfi deyil ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu şəfqət, mərhəmət ünvanı kimi tanınır. Fondun xətti ilə xəstəxanaların inşası və yenidən qurulması, bir sıra xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə dəstək göstərilməsi dövlətimizin sosial siyasətinə mühüm töhfələrdir.

Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın bu istiqamətdə fəal vətəndaşlıq missiyasını pandemiya dövründə bir daha yaxından gördü. Bütün dünyanı sınağa çəkən pandemiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı Azərbaycan ictimaiyyəti Birinci vitse-prezident Mehriban Əliyevanın əsl vətəndaşlıq missiyasının şahidi oldu. Məhz Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu pandemiyanın ilk günlərindən ölkədə sosial aksiyaların həyata keçirilməsinə başladı. Koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı xalqımıza müraciəti, eləcə də rəsmi sosial şəbəkə hesabı vasitəsilə səhifəsində etdiyi paylaşımlar Mehriban Əliyevanın vətəndaşlarımızın sağlamlığı ilə bağlı həssasiyyətinin təcəssümü idi. Həmçinin Mehriban Əliyevanın koronavirusun yayılmasının qarşısının alınması, yoluxanların müalicə edilməsi ilə əlaqədar həkimlərimizin səylərini və fədakarlıqlarını yüksək qiymətləndirməsi tibb işçilərini gözəgörünməz düşmənlə mübarizəyə daha da səfərbər etdi.

Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra yüksək vətənpərvərlik nümayiş etdirərək 2016-cı ilin Aprel döyüşlərinin qazilərinin protezlərlə təmin olunması üçün mühüm layihə həyata keçirdi. Ölkə icitmaiyyəti Mehriban Əliyevanın malik olduğu yüksək vətənpərvərliyə Vətən müharibəsi zamanı bir daha şahidlik etdi. Müharibə günlərində və ondan sonra Mehriban Əliyeva şəhid analarının yanında oldu, qazilərimizin şəfqət alması üçün əlindən gələni əsirgəmədi. Müharibədən sonrakı günlərdə də ağır yaralanmış neçə-neçə igid oğlumuz məhz Mehriban Əliyevanın dəstəyi ilə Türkiyədə müalicə olunaraq normal həyata qayıtdı.

Ötən 5 ilin reallıqları göstərir ki, Birinci vitse-prezident Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni çox böyük ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirir.  Mehriban Əliyevanın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayaraq dövlətimizin və xalqımızın yüksəlişinə xidmət edir. Bu şərəfli yolda Mehriban xanım Əliyevaya yeni nailiyyətlər arzu edirik.

 

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Azərbaycan.-2022.- 20 fevral.- S.6.