Dost dayağı

 

 

Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupa aid şəxslər üçün unikal imkanlar yaradılıb

 

 

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas prioriteti Azərbaycanda sosial inkişaf, həssas qruplara, xüsusi qayğıya ehtiyacı olan şəxslərə yüksək diqqət və onların problemlərinin həlli ilə bağlı mühüm xidmətləri gerçəkləşdirməkdir.

Bu baxımdan heç də təsadüfi deyil ki, əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyan DOST layihəsi də məhz Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşib və bu gün çox uğurla fəaliyyət göstərir. Bu mərkəzlərdə fizikihüquqi şəxslərə bir pəncərədən operativeffektiv şəkildə, vahid standartlar əsasında, vətəndaşlarla nəzakətli davranış, açıq mühiti şəraitində xidmətlər göstərilir.

 

 

 

Geniş inklüziv şərait

 

 

 

Mehriban Əliyevanın təşəbbüsləri əsasında icra olunan layihələrin bir istiqaməti də  əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına yönəlib. Bu baxımdan, Birinci vitse-prezidentin təşəbbüsü nəticəsində yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini qarşıya qoyulan məqsədlərin uğurlu icrası üçün unikal məkan adlandıra bilərik.

Ötən il oktyabr ayının 22-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsində və cəmiyyətə təqdim edilməsində geniş inklüziv imkanlar açır. Tikintisi “PAŞA Holding” tərəfindən maliyyələşdirilən, arxitektura, layihələndirmə və təşkilati dəstək isə “Cobalt Architecture and Design” şirkəti tərəfindən təmin edilən mərkəz sosial tərəfdaşlıq prinsipinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib.

Eyni vaxtda 100-dək şəxsə müxtəlif peşə bacarıqlarının öyrədildiyi mərkəzdə xalçaçılıq, tikiş, metalağac üzərində oyma, təsviri sənət, keramika, floristika,  musiqi, audiosəsyazma və s. studiyalar, inzibati otaqlar, kitabxana fəaliyyət göstərir. Həmçinin mərkəzdə teatr quruluşları, müxtəlif konsert proqramları və s. üçün nəzərdə tutulan 121 yerlik auditoriya da yaradılıb.

 

 

Parlaq Zəfərimiz istedadlı, yaradıcı insanlarımıza əlavə ruh, ilham verib

 

 

 

Biz də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlığımıza “Qaytağı” rəqsinin sədaları yayılan rəqs zalından başladıq. Milli rəqs təlimçisi Safura Əhmədova bildirir ki, burada fərqli yaş qruplarından olan benefisiarlara (təlimə gələnlər) təlim verir. Onların arasında uşaq sığınacağından, ailələrdən gələn uşaqlar, eyni zamanda daun sindromlu, autizm spektrli olanlar da var: “Yeni fəaliyyətə başlamağımıza baxmayaraq, öyrənmə baxımından benefisiarlarımızda xeyli  irəliləyişlər müşahidə edirik. Onlar hər dəfə çox həvəslə və sevinclə rəqs öyrənməyə gəlirlər”.

Təlimçi, Dövlət Mahnı və Rəqs Ansamblının rəqqası Ruslan Hacıyev isə bildirir ki, sığınacaqdan, yaxud ailələrdən gələn uşaqlarla əlilliyi olan uşaqların, yaxud elə böyüklərin birlikdə fəaliyyəti, birgə rəqs dərsləri almalarının özü belə onları cəmiyyətə uyğunlaşdırır. Bununla bərabər musiqi duyumları yaxşılaşır, eyni zamanda onlarda fiziki baxımdan müsbət dəyişikliklər yaranır, qamətləri düzəlir.

Taxta-metal üzərində oyma emalatxanasına yollanırıq. Otaq başdan-başa qrup iştirakçılarının əl işləri ilə bəzədilib. Ən diqqətçəkən oymalar isə parlaq qələbəmizlə, Qarabağla, Şuşa ilə bağlı olanlardır. Ağac üzərində oyma vasitəsilə nəqş edilən Vaqifin məqbərəsini, xarıbülbülü, Şuşa qalasını, Zəfər gününə həsr edilən “Zəfər çırağı”nı gördükdə isə bir daha qürurla əmin olursan ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimiz istedadlı, yaradıcı insanlarımıza  da əlavə ruh, ilham verib.

Mərkəzdə ağac üzərində oyma üzrə təlimçi, birinci qrup əlilliyi olan şəxs Asif Qasımov söyləyir ki, DOST İnklüziv və Yaradıcılıq Mərkəzinin açılması əlilliyi olan şəxslər üçün çox gözəl şansdır: “Evdə qapanıb hansısa bir işlə məşğul olmayan əlillər bu mərkəzə gəlib həm art terapiya ala bilərlər, həm də ki, sevdikləri peşə ilə məşğul ola bilərlər. Buna görə də Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çox təşəkkür edirəm ki, belə bir möhtəşəm mərkəzi açıb bizim istifadəmizə veriblər”.

 

 

 

Mehriban xanımın yaratdığı bu mərkəzdə sanki özümü tapdım”

 

 

 

Keramika studiyasında da gərgin gedirdulusçuluğun incəlikləri öyrənilir. Tünd rəngli gil qəribə dəzgahların üzərində müxtəlif formalara salınır, bir-birindən maraqlı və gözəl fiqurlar düzəldilir, qablar hazırlanır. Görmə əngəlli Səbinə də dulusçuluğa meyil salan istedadlı gənclərdəndir. Kənardan Səbinənin necə böyük səbr və həvəslə gildən qoç fiquru hazırlamasını izləyirik. 30 yaşlı xanım özüdeyir ki, bu fəaliyyətlə məşğul olanda sanki ruhu dincəlir.

Dulusçuluqla yanaşı, vokal ixtisası üzrə də məşğul olan Səbinə vurğulayır ki, Mehriban xanımın yaratdığı bu mərkəzdə sanki özünü tapıb: “Çox sevinirəm ki, Mehriban xanım bizim üçün bu cür gözəl bir məkan və fəaliyyətimiz üçün geniş imkanlar yaradıb. Bu bizim üçün böyük motivasiyadır. Ürəyində istək olan, lakin onu həyata keçirmək imkanı olmayan bütün insanlar gəlib burada özünü kəşf edə, sevdiyi peşə ilə məşğul ola bilərlər. Mən də üzümü o cür insanlara tutub deyirəm ki, heç zaman ruhdan düşməyin, sizbura gəlin və inanın ki, özünüzü burada tapacaqsınız. Bütün bunlara görə Mehriban xanıma çox təşəkkür edirəm”.

Tikiş üzrə təlimçi Marina Məlikova 10-a yaxın benefisiara dərzilik öyrədir. Mütəxəssis həm də onlara modanın incəliklərini, sərgilərdə iştirak etməyin yollarını, tikdiyi paltarları necə nümayiş etdirməyin bütün sirlərini ən kiçik detalına qədər öyrədir.

Dərzilik öyrənən yerimə əngəli olan Cəmilə bizimlə söhbətində söyləyir ki, əvvəldən tikiş üzrə təcrübəsi var idi. Bu mərkəzə ona görə gəlir ki, özünü daha da təkmilləşdirsin və bu sayədə sevdiyi peşədən gəlir də əldə edə bilsin: “Bu mərkəzin açılması mənim kimi insanlar üçün çox böyük imkanlar açıb. Biz evdə qapanıb qalmırıq. Burada yaradılan hər cür şərait sayəsində həm psixoloji olaraq rahatlıq tapır, həm də seçdiyimiz peşə üzrə mükəmməl dərslər alırıq. Bu imkanı bizə yaratdığına görə Mehriban xanıma çox minnətdarıq”.

 

Divar boyu sıra-sıra rəsmlərin düzüldüyü işıqlı və geniş təsviri incəsənət studiyasına daxil oluruq. Böyük stolun ətrafında müxtəlif yaş qruplarından olan benefisiarlar əyləşərək  əllərindəki rəngarəng karandaşlarsulu boyalarla kağız üzərində həvəslə rəsm çəkirlər. Biri təbiəti təsvir etmək istəyir, biri natürmort çəkməyə can atır, biri isə əlindəki qırmızı karandaşla kağızda sadəcə bir düz xətt cızır...

Təsviri incəsənət studiyasında təlimçi Kəmalə Aslanova deyir ki, burada fiziki qüsurlu, autizm spektrli, daun sindromlu, psixoloji problemləri olan, uşaq sığınacaqlarından gələnlər də var: “Buna görə də ilk məqsədimiz sosiallaşmaq, eyni zamanda onlara rəsm texnikasını öyrətməkdir. Hərəsinin öz qavrama səviyyəsinə uyğun tapşırıqlarımız olur. Lakin onlar tapşırıqları gözləmədiyimizdən də yüksək səviyyədə yerinə yetirirlər”.

Rəsm təlimçisi Aysel Əmirova da benefisiarlarından çox razıdır. O autizm spektrli Şamxalın, daun sindromlu Mehribanın, sığınacaqdan gələn Ləmanın çox gözəl rəsm çəkdiklərini söylədi.

Mərkəzdə diqqətçəkən studiyalardan birifloristika studiyasıdır. Floristika üzrə təlimçi Ülkər Mirzəyeva məlumat verdi ki, burada floristikalandşaft istedadlı olduqlarını, dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən natürmortların, kompozisiyaların hazırlanması, terrarium, bitki rezervuarlarının dizaynı və sairə üzrə bacarıqlar inkişaf etdirilir. Təlimçi qeyd etdi ki, əgər bu işlə məşğul olan şəxsin öz qabiliyyəti, güclü fantaziyası varsa, bu mərkəzdə işini daha da təkmilləşdirib dünya səviyyəli sərgilərə çıxara bilər: “Mehriban xanımın yaratdığı bu mərkəz heç bir sosiallaşma imkanı olmayan insanlar üçün birbaşa gözəl şansdır ki, inkişaf etsin, ətraf mühitə adaptasiya olsunlar”.

Xalçaçılıq və toxuma studiyasında bu peşə ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Xalçaçılıq üzrə təlimçi Ayturan Əliyeva məlumat verdi ki, burada həftənin 6 günü Azərbaycan xalçaçılıq sənəti tədris edilir və xalçaçılığı öyrənməyə gələnlər  böyük həvəslə bu peşəyə yiyələnməyə çalışırlar.

 

 

 

Cənubi Qafqazda ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı

 

 

Buranın Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı  olduğunu söyləyən mərkəzin direktoru Pərvinə İsmayılova bildirdi ki, mərkəzdə əlilliyi olan şəxslərin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiya olunması üçün geniş imkanlar yaradılıb: “Bu cür mərkəzin açılması Mehriban xanımın həssas əhali qrupundan olan şəxslərə qayğısının əyani təzahürüdür. Hələ bu mərkəz yaranana qədər də daim Mehriban xanımın mərhəmətli əlini üzərimizdə hiss edirdik. Belə ki, Mehriban xanımın dəstəyi ilə hər zaman əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiləri təşkil edir, səhnəyə teatr tamaşaları qoyurduq. 2016-cı ildə yaranan Əsa Teatrı 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin patronajlığı ilə fəaliyyət göstərir, yeni tamaşalar ərsəyə gətirir. O cümlədən 2019-cu ildə bu nazirliyin dəstəyi ilə Abdulla Şaiq adına Kukla Teatrı nəzdində iki teatr studiyası yaratmışıq - “Oyun” və “Küllücə”.

Pərvinə İsmayılova vurğulayır ki, bu mərkəz açılana qədər müxtəlif sənət və yaradıcılıq sahələri üzrə ayrı-ayrılıqda fəaliyyət göstərilirdi, amma Mehriban xanımın iti düşüncəsi və daim onları nəzarətdə saxlaması nəticəsində dövlət səviyyəsində bu cür mərkəzləşmiş və müasir inklüziv bir məkan yaradıldı: “Mərkəzin əsas üstünlüyü odur ki, onun daxilində bir neçə xidmət birləşdirilib. Belə ki, geniş profilli yaradıcılıq və reabilitasiya mərkəzi yaradılıb. Bu məkanın digər bir unikallığı isə ondadır ki, mərkəzdən sertifikat alan istedadlı şəxslər nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi vasitəsilə aktivlərlə təmin edilir və özünüməşğulluğa cəlb olunmaları nəzərdə tutulur. Qarşıdakı planlarımızdan biri isə, gələcəkdə mərkəz tərəfindən verilmiş sertifikatların ali məktəblərə qəbul zamanı nəzərə alınması, həmin istedadlı şəxslərə müəyyən imtiyazların (təqaüd kimis.) tətbiq edilməsidir. Hətta belə nümunə kimi  Avropada da geniş yayılmış Qlazqo Universitetinin tədris planını göstərə bilərik (University of Glasgow)”.

Mərkəzin direktoru onu da bildirdi ki, bura gələnlərin bir hissəsi göstərilən xidmətlərdən yararlanmaq üçün fəaliyyət qabiliyyətinə malik deyildir. Buna görə də sosial cəhətdən həssas qrupa daxil olan şəxslərin bir qismi (kimsəsiz, baxımsız uşaqlar, asperger, daun sindromlu, autizm spektrli şəxslər və s.) reabilitasiyasosial adaptasiya məqsədilə mərkəzdə art terapiyalara, teatral terapiyalara cəlb olunurlar.        

Həmçinin təlimlər zamanı benefisiarlar mərkəzdə yaradılmış multidissiplinar qrup tərəfindən sosial pedaqojipsixoloji dəstək proqramlarına cəlb olunurlar. Bu qrupda psixiatr, psixoloq, sosial işçi, erqoterapevtpsixopedaqoq (uşaq qrupu üçün), eyni zamanda surdoloqloqoped-defektoloq fəaliyyət göstərirlər. Məqsədimiz müxtəlif istedad və bacarığa sahibsosial cəhətdən həssas qrupdan olan şəxslərin bir mərkəzdə birləşərək inklüziv cəmiyyətdə özlərini inkişaf etdirmələrinə, dünyaya öz istedad və potensialını göstərmələrinə və yeni imkanlara doğru atılmalarına dəstək olmaqdır.

Ümumilikdə mərkəzdə həyata keçirilən bütün bu kompleks tədbirlər planının məqsədi cəmiyyətdən ayrılmış bir uşağın, yeniyetmənin, gəncin cəmiyyətə inteqrasiyası və qaytarılmasıdır”.

Direktor məlumat verdi ki, mərkəzin “Şuşa ili” ilə bağlı tədbirlər planı da var. Belə ki, mərkəz bu ilŞuşa ili”nə həsr olunmuş konsert və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirməyi nəzərdə tutur. Eyni zamanda, önümüzdəki aylarda yeni tamaşalarmusiqili konsert proqramlarının ərsəyə gətirilməsi, festivalların, inklüziv moda nümayişlərinin, eləcə də tanınmış şəxslərlə ustad dərslərinin keçirilməsi planlaşdırılır. Əlavə olaraq bu il mərkəzdə dəstəyimizlə ərsəyə gəlmiş bədii filmin təqdimatı da baş tutacaqdır. Birinciİkinci Qarabağ müharibəsində zərər çəkmiş qadınların həyatı haqqında çəkilmiş film “Köhnə çamadanlar” adlanır. Real hadisələr əsasında çəkilmiş filmdə kinoteatr sahəsinin tanınmış simaları yer alır.

 

 

 

Əlillik qüsur deyil

 

 

 

İnsan enerjisi bitib-tükənməz, sonsuzdurheç bir əngəl tanımır...

O, həyata keçirdiyi hansısa bir işi əli, ayağı, gözü olduğu üçün deyil, yer üzünün ali məxluqu olduğu üçün həyata keçirə bilir... Zahirdə görünən bu əl-ayaq, qulaq, göz, dil isə, sadəcə, bir vasitədir...

Əlləri olmayan birinin mükəmməl rəsm çəkdiyinin, eşitməyən birinin necə incə melodiyalar bəstələdiyinin, gözləri görməyən birinin dünyanı daha rəngli təsvir etdiyinindaha neçə “möcüzə” adlandırdığımız hadisələrin şahidiyik...

Elə Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə yaradılan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində qısa zamanda etdiyimiz müşahidələr, tanış olduğumuz istedadlı, yaradıcı insanlar da bir daha təkzibolunmaz şəkildə sübut etdi ki, insan sadəcə fiziki varlıq deyilbuna görə də əlillik onun üçün qüsur sayıla bilməz.

Buna görə də sadəcə könüllərində, ruhlarında olan yaratmaq, qurmaq eşqini üzə çıxarmaları üçün onlara şərait yaradılmalıdır.

Necə ki, bu müstəsna imkanları hər zaman Mehriban Əliyeva onlar üçün yaradır, qurur...

 

 

 

Mehriban Əliyevanın seçimi

 

 

 

Bəli, əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirən Birinci vitse-prezident Mehriban Əliyeva bu problemlər qarşısında aciz qalan insanlara kömək etmək, çarəsizlərə dayaq durmaq, onlara mənəvi dəstək olmaq üçün saysız-hesabsız layihələr, təşəbbüslər gerçəkləşdirir. Və elə Mehriban Əliyevanın bu misilsiz təəssübkeşlik və humanizm prinsiplərini özündə ehtiva edən xeyirxah əməllərinə görə illərdir Azərbaycanda insanlar onu özlərinin mənəvi dostu, ümid, pənah ünvanı hesab edirlər.

Mehriban Əliyeva özü isə ən böyük xoşbəxtliyini insanlara kömək edə bildiyində duyduğu sevinc hissində görür: “Mən konkret görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 20 fevral.- S.12.