Əsl vətəndaşlıq missiyası

 

 

Vətən müharibəsindəki qələbədən sonra müasir tarixinin yeni mərhələsinə qədəm qoyan respublikamız Prezident İlham Əliyevin müdrikliyi ilə növbəti uğurlara imza atır. Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadisosial sahədə mühüm makroiqtisadi göstəricilərin əldə olunması bu dövrün əsas uğurlu prosesləridir.

 

 

 

Mehriban Əliyevanın təşəbbüsləri ilə görülən işlər çoxşaxəli və misilsizdir

 

 

 

Belə bir vaxtda hər kəsin mənəvi borclarından biri öz əməlləri və fəaliyyəti ilə respublikamızın bu uğurlarına layiqli töhfələr verməsidir. Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uzun illərdir ki, müxtəlif istiqamətlərdə həyata keçirdiyi fəaliyyət hər kəs üçün ən gözəl örnəkdir.

İşgüzarlığı və prinsipiallığı ilə seçilən Mehriban Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Ona görə Mehriban Əliyevanı xarakterizə edən məqamlar da olduqca əhatəlidir. Bu fəaliyyətin bir istiqamətini milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması təşkil edir. İndiyədək keçirilən muğam musiqi müsabiqələri, dünya şöhrətli musiqiçilərin yubileylərinə həsr edilmiş beynəlxalq festivalların keçirilməsi, xarici ölkələrdə müxtəlif sərgilərin təşkili məhz Azərbaycanın təbliğinə, dünyada tanıdılmasına xidmət edib. Həmçinin tarixi abidələrin bərpası, təhsil və səhiyyə sahəsində layihələrin həyata keçirilməsi daim Mehriban Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib. Təhsilin, xüsusən məktəbəqədər təhsilin inkişafında Mehriban Əliyevanın təşəbbüsləri ilə görülən işlər çoxşaxəli və misilsizdir.

Mehriban Əliyeva həm də xeyriyyəçi və qayğıkeş insandır. Hələ 2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayarkən ehtiyacı olanlara qayğı göstərilməsini qarşıya əsas vəzifələrdən biri kimi qoyan Mehriban Əliyeva hər zaman valideyn himayəsindən məhrum olmuş və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların, kimsəsiz insanların yanındadır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı insanlara, xəstəliklərdən, o cümlədən irsi qan xəstəliklərindən, talassemiya və diabetdən əziyyət çəkən vətəndaşlara kömək göstərilməsinə yönəlmiş müxtəlif proqramlar məhz bu məqsədə xidmət edir. Bu xeyriyyəçilik tədbirlərinin nəticəsində yüzlərlə vətəndaşımız sağalaraq normal həyata qayıdıb.

İctimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin birinci müavinidir. Öz fəaliyyəti ilə partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir.

Mehriban Əliyeva ona həvalə edilən bütün vəzifələri uğurla yerinə yetirərək Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. “Eurovision” mahnı müsabiqəsində,

I Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında onun rəhbərliyi ilə Təşkilat komitəsi Azərbaycanı bütün dünyada ideal evsahibliyi edən ölkə kimi tanıdıb.

 

 

 

Cəmiyyətin məmnuniyyət və minnətdarlıqla qarşıladığı fəaliyyət

 

 

 

Mehriban Əliyeva genişmiqyaslı, müxtəlif sahələri əhatə edən fəaliyyətinin bütün cəhətləri ilə xalqın yanında olan siyasi-ictimai xadimdir. O, insanların güvənc yeridir, dayağıdır. Ona görə də 5 il əvvəl - 2017-ci il fevralın 21-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması alqışlarla, dərin minnətdarlıqla qarşılandı.

Bu dövrdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti regionda və dünyada Azərbaycanın daha da tanıdılmasında, layiq olduğu yüksək imicin formalaşmasında müstəsna rol oynayır. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər ölkəmizin hüdudlarından kənarda da rəğbətlə qarşılanır. Ən əsası, bu tədbirlər dövlət siyasətinin daha böyük uğurlar qazanmasına xidmət edir.

Ötən 5 il Azərbaycanın müasir tarixində mühüm hadisələrlə əlamətdardır. Bu dövrün əsas hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev öz müdrik siyasəti və qətiyyəti ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Hələ döyüşlərin davam etdiyi günlərdə Azərbaycan xalqı Mehriban Əliyevanın necə yüksək vətənpərvərlik hisslərinə malik olduğunu gördü. Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi “İnstaqram” səhifəsində etdiyi paylaşımlar, kənd və şəhərlərimiz azad olunduqca ünvanladığı təbriklər cəmiyyətimizdə mövcud qələbə əzmini daha da gücləndirirdi. Azərbaycanın Birinci vitse-prezidentininQoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” sözləri hər kəsi riqqətə gətirdi, torpaqlarımızın azad olunacağı günlərin uzaqda olmadığını göstərdi.

Müharibə günlərində və ondan sonra Mehriban Əliyevanın döyüşlərdə yaralanmış hərbçilərimizin müalicəsini öz nəzarətinə götürməsi cəmiyyətimizin dərin minnətdarlığı ilə qarşılandı. Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə hospitala gedərək yaralılara baş çəkdi, onların müalicəsinin gedişi ilə maraqlandı.

Bu gün isə işğaldan azad olunmuş ərazilərimizdə gedən bərpa və quruculuq işlərində Mehriban Əliyevanın vətəndaşlıq missiyasını görürük. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hazırda Qarabağ və Şərqi Zəngəzurda tarixidini abidələrin bərpa olunmasında yaxından iştirak edir, bütövlükdə azad olunmuş torpaqlarımızın yenidən qurulmasına öz töhfələrini verir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyət hər bir vətəndaş, bütövlükdə cəmiyyətimiz tərəfindən dərin məmnuniyyət, razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Çünki bu fəaliyyət bir mərama - Azərbaycanın yüksəlişinə xidmət edir.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 20 fevral.- S.13.