Dünyaşöhrətli alimin elmi irsinə həsr olunmuş konfrans keçirilib

 

Bu günlərdə Kaliforniyanın Berkli UniversitetiMilli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı ilə böyük alim Lütfi Ə.Zadənin elmi irsinə həsr olunmuş Soft Computing üzrə 8-ci Ümümdünya konfransı keçirilmişdir.

Onlayn formatda olan konfransda Kaliforniya, Yaponiya, Texas, Meksika, Braziliya, Almaniya, Avsriya, Türkiyə, Polşa, Macarıstan, Rumıniya, Hindistan, Pakistan, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən olan görkəmli alimlər iştirak etmişlər. 100-dən çox məqalə yazılmış, dünyaşöhrətli alimin elmi irsi üzrə müxtəlif mövzularda məruzələr dinlənilmişdir. Lütfi Ə.Zadə irsinə həsr olunmuş 16 plenar məruzəçinin çıxışı konfrans iştirakçılarının böyük maragına səbəb olmuşdur. Konfransın baş katibi olaraq onu qeyd etməliyəm ki, bu möhtəşəm tədbir digər konfranslardan dünya üzrə Lütfi Ə.Zadə davamçılarının çoxunun burada iştirak etməsi və mühüm çıxış və məruzələrlə üstün idi.

Lütfi Ə.Zadə həmişə deyirdi: “Mən özümü Azərbaycana hər zaman yaxın hiss etmişəm, mən azərbaycanlıyam. Mənim milli-mənəvi dəyərlər ruhunda formalaşmağımda Bakıda keçirdiyim illərin böyük əhəmiyyəti olmuşdur. Azərbaycan hər zaman mənim qəlbimin ən isti yerindədir...”

Lütfi Ələsgərzadə 1921-ci il fevral ayının 4-də Bakıda anadan olmuşdur. Böyük alimin doğma Bakıya ilk səfəri 1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində  üzən “Admiral Naximovteploxodunda  avtomatik idarəetmə problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra olmuşdur. 43 ildən sonra Lütfi Ə.Zadə “BakuTel” beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün 2008-ci il noyabrın 8-10-da Bakıya ikinci dəfə səfər etmişdir. Professor Lütfi Ə.Zadənin elmi yaradıcılığı olduqca zəngin və çoxsahəlidir.

Görkəmli aliminZamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin inkişafı” (1949), Ç.R.Raqassini ilə birlikdə yazdığı “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi” (1950), Ç.R.Raqassini ilə birlikdə yazdığı “Z-çevirmə üsulunun yaradılması” (1952), “Qeyri-xətti süzgəclər nəzəriyyəsinin yaradılması” (1953), “Sistemlərin identifikasiya problemlərinin formalaşdırılması” (1956), Ç.A.Desoir ilə birlikdə yazdığı “Xətti sistemlərin təhlili üçün vəziyyət fəzası” (1963), R.E.Belman ilə birlikdə yazdığı “Qeyri-səlislik şəraitində qərar qəbul etmək” (1970), “Linqvistik dəyişən və qeyri-səlis “əgər-onda” qaydalar konsepsiyası” (1973), “Təbii dilin işlənilməsi üçün mümkünlük nəzəriyyəsi” (1978), “Təxmini mühakimə nəzəriyyəsi” (1979), “Sağlam düşüncəyə əsaslanan mühakimə nəzəriyyəsi” (1985), “Dispozisiya məntiqi” (1988), “Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, soft computing nəzəriyyəsi” (1991), “Sözlə işləyən kompüterlər nəzəriyyəsi” (1996), “Qeyri-səlis informasiya qranulyasiya nəzəriyyəsi” (1997), “Təəssürat nəzəriyyəsi” (1998) dünya elminin inkişafında mühüm rol oynayır. Dünyanın şöhrətli azərbaycanlı alimi Lütfi Ə.Zadə qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiqin atası, banisi idi. Bir faktı da qeyd edək ki, alim 2008-ci ildə Beynəlxalq Telekommunikasiya sərgisində iştirak etmək üçün doğma vətəni Bakıda olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu qəbul etmişdir. 2011-ci ildə 90 illik yubileyi münasibətilə o, “Dostluqordeni ilə təltif edilmişdir.

Lütfi Ə.Zadə deyirdi: “Mən bilirəm ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafında maraqlıdır, xüsusilə elmin inkişafında. Hal-hazırda bu inkişaf var. Ən önəmlisi isə düzgün yolun olmasıdır. Nələrin necə edilməsini mən deyə bilmərəm, amma Azərbaycan universitetləri və digər təhsil ocaqları ilə Amerika universitetlərinin sıx əməkdaşlığını çox arzulayıram, xüsusilə Berkli Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında növbəti 5 il müddətinə  imzalanan partner müqaviləsi məni çox sevindirdi. Mən Berkli Universitetində Azərbaycandan daha çox elmi tədqiqatçı və tələbə görmək arzusundayam”.

Alimin 90 illik  yubileyi münasibətilə impak faktorlu ACM jurnalının xüsusi buraxılışı olmuşdur.

2016-cı ildə Lütfi Ə.Zadənin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası onu  Nizami Gəncəvi Qızıl medalı” ilə təltif etmidir.

Alimin “Qeyri-səlis çoxluqlar” məqaləsinə Google Scholar-da artıq 100,000-dən çox istinad verilmiş və Zadənin bütün məqalələrinə 185,000-dən çox istinad var.

Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Ə.Zadə 96 yaşında vəfat etmişdirarzusuna uygun olaraq dogma vətənində dəfn edilmişdir.

 

Şahnaz N.ŞAHBAZOVA,

Soft Computing üzrə 8-ci Ümümdünya Konfransının baş katibi, professor

 

Azərbaycan.- 2022.- 13 fevral.- S.5.