Azərbaycan həm də elektrik enerjisi ixrac edən ölkəyə çevrilib

 

İlham Əliyev qlobal enerji təhlükəsizliyində respublikamızın mövqelərini daha da möhkəmləndirib

 

Bu ilin fevral ayı Azərbaycanda generasiya güclərinin artırılması, habelə elektrik enerjisi ilə təchizatda etibarlılığın və dayanıqlılığın gücləndirilməsi baxımından mühüm hadisələrlə əlamətdar oldu.

Prezident İlham Əliyevin iştirakı ilə fevral ayının 8-də dövlətlərarası strateji əhəmiyyətə malikYaşmaqovşaq yarımstansiyasının, fevralın 11-də “QobuEnerji Qovşağına daxil olanQobu” yarımstansiyasının və 385 meqavatlıq “QobuElektrik Stansiyasının, fevralın 14-də “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “QarabağRegional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və “Ağcabədi” yarımstansiyasının açılışı göstərdi ki, respublikamızın enerji dayanıqlılığının artırılması ilə bağlı bütün vəzifələr sürətlə yerinə yetirilir.

 

30-dan artıq yeni elektrik stansiya inşa olunub

 

Azərbaycanın müasir inkişaf strategiyasında elektrik enerjisi ilə dayanıqlı təminat, yeni generasiya mənbələrinin yaradılması hər zaman prioritet istiqamətlərdən birini təşkil edib. Təsadüfi deyil ki, 2004-cü ildən həyata keçirilməsinə başlanan regionların inkişafına dair dövlət proqramlarında qarşıya qoyulan ilk vəzifələrdən biri mövcud generasiya güclərinin daha da artırılması bu sahədə olan infrastrukturun yenidənqurulması olub.

Regionların inkişafına dair I Dövlət Proqramının icra olunduğu 2006-cı ildə Astarada, Naxçıvanda, Şəkidə, Xaçmazda istifadəyə verilən hər biri 87 meqavat olan elektrik stansiyaları artan iqtisadi ehtiyacların qarşılanmasına uğurla xidmət etdi. 2007-ci ildə 105 meqavat olanBakıElektrik Stansiyasının, 2008-ci ildə 300 meqavat olanSəngəçalElektrik Stansiyasının, 2009-cu ildə 525 meqavat gücündəSumqayıtElektrik Stansiyasının 105 meqavatlıqŞahdağelektrik stansiyasının, 2013-cü ildə 780 meqavat gücündəCənubElektrik Stansiyasının, 2019-cu ildə 400 meqavat gücü olan “Şimal-2” stansiyasının istismara verilməsi respublikamızın generasiya gücünün artırılmasında böyük rol oynadı.

Bu illərdə ölkəmizin müxtəlif yerlərində kiçik su-elektirk stansiyaları, o cümlədən modul tipli stansiyalar da tikilib ki, onlar da artan iqtisadi potensiallara adekvat olaraq respublikamızın yüksəlişinə böyük töhfələr verir. 2003-cü ilə qədər Azərbaycanda cəmi 10 elektrik stansiyası mövcud olub. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi islahatlarla bütün sahələrdə müşahidə olunan dinamik inkişafa elektrik enerjisinə olan tələbatın kəskin artmasına adekvat olaraq ölkədə 30-dan artıq yeni elektrik stansiya tikilib istismara verilib. Buna paralel olaraq, enerjinin ötürülməsi, paylanması idarəedilməsi sahəsində irimiqyaslı, kompleks tədbirlər həyata keçirilib.

Təkcə 2021-ci ildə 23 elektrik stansiya yarımstansiya tikilib ya yenidən qurularaq istismara verilib. Bunların arasında 500 kilovoltluqAbşeronyarımstansiyası, strateji əhəmiyyətli 220 kilovoltluqXırdalanHövsan”, o cümlədən sistem əhəmiyyətli 110 kilovoltluqBinəqədi”, “Xırdalan-2”, “Maştağa”, “Suraxanıyarımstansiyaları yenidənqurmadan sonra cənab Prezidentin iştirakı ilə istismara verilib. Ötən il Prezident İlham Əliyevin iştirakı iləSumqayıtElektrik Stansiyasında yeni estakada nasos stansiyasının istismara verilməsi ilə 2018-2021-ci illəri əhatə edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb.

 

Qarabağ Şərqi Zəngəzurda ən müasir enerji infrastrukturu yaradılır

 

Göründüyü kimi, elektroenergetika sahəsində Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi nailiyyətlər olduqca möhtəşəmdir. Bu gün isə dövlətimizin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı enerji ilə təminatıdır. Azad olunan Qarabağa Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın doğma torpaqlarında layiqli həyat şəraitinin təmin olunması üçün zəruri olan şərtlərdən biri enerji ilə təchizatdır.

Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, işğaldan azad olunmuş ərazilərin enerji təminatı ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib. Bu vəzifələrin ən başlıcası azad edilmiş torpaqlarımızda müasir enerji infrastrukturunun qurulması regionun enerji potensialından mümkün qədər səmərəli istifadədir. Artıq bu istiqamətdə böyük layihələr həyata keçirilib. Qısa müddətdə Şuşanın, Kəlbəcərin enerji ilə təmin olunması bu istiqamətdə layihələrin sürətlə icra olunmasından xəbər verir. Layihələrin qarlı, şaxtalı havalarda uca dağlardan keçməklə yüksək səviyyədə icrası isə Azərbaycan energetiklərinin fədakarlıqlarının peşəkarlıqlarının göstəricisidir.

İndiyədək Laçın rayonunda gücü 8 meqavat olanGüləbird” Su-Elektrik Stansiyası Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərində ümumi gücü 8,7 meqavat olan “Suqovuşan-1” “Suqovuşan-2” Kiçik Su-Elektrik stansiyaları tamamilə yenidən qurularaq istismara verilib. İşğaldan azad edilən ərazilərin ən qısa müddətdə Azərbaycanın ümumi enerji sisteminə qoşulması istiqamətində atılan addımlara əsasən, 110/35/10 kV-luqŞuşa”, “Füzuli”, “KəlbəcərCəbrayılyarımstansiyaları tikilərək istismara verilib, həmçininŞükürbəyliyarımstansiyası genişləndirilərək yenidən qurulub.

“Ağdam-1” “Ağdam-2” yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi isə bir daha göstərdi ki, işğaldan azad edilmiş ərazilərin enerji infrastrukturunun yaradılması prosesi sürətli gedir. Diqqəti çəkən məqam isə ondan ibarətdir ki, Qarabağ Şərqi Zəngəzurda inşa edilən yarımstansiyalar ən müasir innovativ texnologiyalar əsasında qurulub. Onların hər biri rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə Qarabağ Şərqi Zəngəzurdakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimləmələr başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir.

 

Bizim enerji gücümüzə xaricdə tələbat artır

 

Göründüyü kimi, son illərdə Azərbaycanda enerjisistemin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları yarımstansiyaların inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində çox mühüm layihələr icra olunub. Qarabağ Şərqi Zəngəzurun işğaldan azad edilməsi nəticəsində enerji sistemi sahəsində dövlət siyasəti yeni mərhələyə qədəm qoyub.

Görülən işlərin nəticəsidir ki, Azərbaycan həm elektrik enerjisini idxal edən dövlətə çevrilib.QobuEnerji Qovşağının açılışından sonra AZƏRTAC-a müsahibə verən Prezident İlham Əliyev bu barədə deyib: “Artan daxili tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları elektrik enerjisini ixrac edir”.

Bu gün bütün dünyada enerji müzakirələrinin əsas mövzularından biri enerji keçididir. Enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməkləyaşıl enerji”ni özündə ehtiva edir. Bu gün dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəflərindən biriyaşıl enerjikeçidini sürətləndirməkdədir. Azərbaycanda isə bərpaolunan enerji üçün əlverişli münbit mənbələr var. Təsadüfi deyil ki, Qarabağ Şərqi Zəngəzurun bərpasında bu ərazilərinyaşıl enerjizonasına çevrilməsi əsas vəzifələrdən biridir. Prezident İlham ƏliyevCənub qaz dəhliziMəşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında qeyd etdi ki, Qarabağ Şərqi Zəngəzurda külək enerjisi potensialı təxminən 7200 meqavat, günəş enerjisi potensialı isə 2000 meqavatdan çoxdur. Ötən ay isə respublikamızda ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək-elektrik stansiyasının təməli qoyulub.

Azərbaycanın kompleks yüksəlişi inkişafı həm uğurlu bəhrəsini verən enerji siyasətinin nəticəsidir. Görünən həm odur ki, İlham Əliyev qlobal enerji təhlükəsizliyində respublikamızın mövqelərini daha da möhkəmləndirib.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 19 fevral.- S.1; 5.