Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib

 

COVID-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq səylərə töhfə qismində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Sofiya şəhərində yerləşən “Həkimlərin İxtisaslaşması və Təkmilləşdirilməsi İnstitutuTsaritsa Yoanna xəstəxanası”na Almaniya istehsalı olan 10 ədəd oksigen konsentratoru aparatı (ağciyərlərin süni havalandırma aparatları) təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu xeyriyyə addımı COVID-19 pandemiyası ilə qlobal mübarizəni dəstəkləmək üçün Azərbaycanın həyata keçirdiyi növbəti beynəlxalq həmrəylik tədbiridir.

Bu addımın COVID-19 pandemiyası ilə əlaqədar Bolqarıstanda yaşanan hazırkı kritik şəraitdə koronavirus infeksiyasına yoluxmuş insanların həyatının qorunması və onlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi baxımından olduqca vaxtında atıldığı və təqdirəlayiq olduğu vurğulanıb.

 

Azərbaycan.- 2022.- 19 fevral.- S.6.