Ceyhun Bayramov: Azərbaycan əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarının taleyi ilə
əlaqədar bütün mümkün beynəlxalq platformalarda
məsələ qaldırıb
Azərbaycan
əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşların taleyi ilə
hər zaman maraqlanıb və bununla bağlı bütün
mümkün beynəlxalq platformalarda məsələ
qaldırıb.
Azərbaycan Prezidenti Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında keçirilən görüşdə Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 azərbaycanlı barədə bu günədək heç bir məlumatın olmaması barədə danışdı. Dövlətimizin başçısı Ermənistanın bu istiqamətdə əməkdaşlıqdan yayınması, beynəlxalq hüquq normalarına əməl etməməsi barədə məlumat verdi. Vacib məqam odur ki, Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə keçirilən görüşdə Ermənistanın baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib. Bu, ümumilikdə müsbət inkişaf kimi qeyd edilə bilər. Amma təəccüblüdür ki, bir neçə gün sonra Ermənistan Xarici İşlər Nazirliyi (XİN) çox təzadlı, suallar doğuran və heç bir məntiqə, insanlığa sığmayan, beynəlxalq hüquqa uyğun olmayan bir formatda açıqlama yayıb.
AZƏRTAC
xəbər verir ki, bu sözləri jurnalistlərə
açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov
deyib.
Ceyhun
Bayramov deyib ki, Ermənistanın pozduğu beynəlxalq
humanitar hüququn normaları göstərilməklə, BMT və
onun müxtəlif agentlikləri, ümumiyyətlə,
bütün beynəlxalq təsisatlarda bununla bağlı məsələlər
qaldırılır.
Nazir
vurğulayıb ki, Ermənistan XİN bu istiqamətdə
hansısa öhdəliklərin
götürüldüyünü inkar edib. Azərbaycan bu istiqamətdə
Ermənistana bir nümunə göstərir.
Ölkəmiz 44 günlük Vətən
müharibəsi başa çatandan
sonra həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm Rusiya,
həm də Ermənistan hərbçiləri ilə bu istiqamətdə əlaqələr
yaratdı, birgə fəaliyyət apardı. Bu fəaliyyət nəticəsində 1709 erməni
hərbçisinin cəsədi tapılaraq qarşı tərəfə
təhvil verildi. Hərbi əməliyyatlar
2020-ci ilin noyabr
ayında bitib və sonrakı mərhələdə,
yəni, qış aylarında, ağır şəraitdə,
dağlarda, minalanmış ərazilərdə
bu fəaliyyət həyata keçirilib. Azərbaycan hərbçiləri
də bu işlərdə iştirak
ediblər. Ancaq 30 il
keçəndən sonra Ermənistan tərəfindən
bu istiqamətdə heç
bir tədbir görülmür.
Xarici işlər naziri işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqlar tapıldığını da qeyd edib. Bildirilib ki, qısa müddət ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərdə məzarlıqları müəyyən edib tapa bilibsə, təbii ki, bu işləri törətmiş erməni tərəfi bu barədə daha çox məlumatlıdır. Ona görə də Ermənistan tərəfinin itkinlərlə bağlı məntiqsiz izahatlarının heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək. Azərbaycan tərəfi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.
Nazir bildirib
ki, Azərbaycan bu gün UNESCO-nun işğaldan azad olunmuş yerlərə missiya
göndərməsi məsələsini qaldırıb. Vətəndaşlarımız,
cəmiyyət tam əmin olmalıdır ki, bütün müvafiq beynəlxalq platformalarda
Azərbaycan dövləti bütün
lazımi addımları atır. Lakin Ermənistan tərəfi
bütün beynəlxalq hüquq
prinsiplərini kobud şəkildə pozaraq, müvafiq olaraq tarixi-mədəni abidələrin
qorunmasına dair öhdəlikləri pozaraq, o cümlədən
UNESCO-ya bu müddət
ərzində ərazilərə daxil olmaq imkanı verməyib. Bu,
sənədlərdə də əks olunur.
Bu, yalnız Azərbaycanın səsləndirdiyi
və qeyd etdiyi məqamlar
deyil.
Azərbaycan.-2022.- 11 fevral.- S.4.