bp  keçən  ilin yekunlarını açıqladı: “Bütün fəaliyyətlər plana uyğun davam edib

 

 

bp  şirkəti Azərbaycanda əməliyyatçılıq etdiyi layihələr üzrə 2021-ci ilin yekunlarını açıqlayıb.

Hesabatda iri neft-qaz və ixrac layihələri çərçivəsində qazanılan nailiyyətlərlə yanaşı, geoloji kəşfiyyat işləri, işçi heyəti, sosial dəstək proqramları haqqında da ətraflı məlumat verilib.

Keçən il “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə əməliyyat məsrəfləri  təqribən 533 milyon  və əsaslı  xərclər 1 milyard 660 milyon dollar təşkil edib. Hasilat  sabit, təhlükəsiz və etibarlı şəkildə aparılıb.  Gündə orta hesabla “Çıraq”dan 27 min, “Mərkəzi Azəri”dən 109 min, “Qərbi Azəri”dən 116 min, “Şərqi Azəri”dən 76 min, “Dərinsulu Günəşli”dən 86 min və “Qərbi Çıraq”dan 44 min barel neft hasil olunub.

Beləliklə, AÇG-dən gündəlik  orta hasilat  458 min barel  təşkil edib. İl ərzində bu yataqlar bloku, ümumilikdə, təxminən 167 milyon barel, yəni 23 milyon ton  verib.

Sentyabrın 18-də AÇG layihəsi 4 milyon barel ümumi hasilat əldə olunması uğurunu qeyd edib. İlin sonunda müqavilə sahəsində 135 neft hasilatı,  29 su injektor  8 qaz injektor quyusu istismarda olub.

Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi, eləcə bp-nin icraçısı olduğu digər fəaliyyətlər  plana uyğun şəkildə irəliləyib. İlin sonunda axırıncı iri avadanlıq yükləri Bakıya çatdırılıb beləliklə   lazım olan bütün avadanlıqların daşınması başa çatıb. Bibiheybətdəki tikinti sahəsində ACE platformasının üst modullarının qazma avadanlıqlarının istehsal-quraşdırma işləri öz qaydasında irəliləyib. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda isə dayaq blokunun tikintisi üzrə işlər aparılıb.  İsrafil Hüseynovborudüzən gəmisi artıq platformanın sualtı neft qaz xətlərinin tikintisinə başlayıb.

İlin sonuna ACE layihəsi üzrə işlər, ümumilikdə, 65 faiz tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir bu işlərə Bakı, Avropa Birləşmiş Krallıqda 5500 nəfər  cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatın 2023-cü ildə əldə olunması  qrafikinə uyğun davam edir.

2021-ci ildə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçininNeft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə, 3 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Səngəçal terminalından təxminən 231 milyon barel neft kondensat ixrac olunub. O cümlədən, 200 milyon barel Heydər  Əliyev  adına Bakı-Tbilisi-Ceyhan kəməri təxminən 31 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu ilə yola salınıb.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), genişləndirilmiş CQBK terminalın qaz emalı obyektləriniAzəriqazsistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 61 milyon standart kubmetr (2 milyard 166 milyon standart kubfutdan çox) “Şahdənizqazı göndərilib.

Dekabrın 12-də BTC Səngəçaldan başlayaraq Azərbaycan, Gürcüstan Türkiyədən keçməklə Ceyhan terminalına, ümumilikdə, 500 milyon ton neft ixracı nailiyyətini qeyd edib. Bu kəmər 2006-cı ilin yayında  tam istismara veriləndən  2021-ci ilin sonunadək,  ümumilikdə, təqribən 502 milyon tondan çox (3,77 milyard barel) xam neft nəql edib və həmin həcm Ceyhanda 4939 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

 

2021-ci ildə isə BTC ilə ixrac olunmuş təqribən 26,4 milyon ton (təxminən 200 milyon barel) xam neftkondensat Ceyhan terminalında 280 tankerə yüklənib və yola salınıb. Hazırda BTC,  əsasən, AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neftkondensat həcmləri , o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

 

Ötən  il, eləcə də “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunub. İl ərzində  yataqdan Azərbaycan

 

(“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a ) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib. “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil olunub. Qeyd edək ki, hazırda mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündə   təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.

 

“Şəfəq-Asiman” dəniz blokunda isə ilk kəşfiyyat quyusunun qazılması  mart ayında Fasilə lay dəstində  7189 metr dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstələrində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda qazma zamanı əldə edilmiş məlumatların təhlili aparılır. Qeyd edək ki, bu təhlil karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.

 

Abşeron yarımadasının dayazsulu hissəsinin Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılması dekabr ayında tamamlanıb və quyu ilkin layihəyə və plana uyğun olaraq bağlanıb. İkinci kəşfiyyat quyusunun qazma əməliyyatları  dekabrın 11-də Bibiheybət perspektiv sahəsində başlanıb. Bu quyuda qazma işləri artıq 2470 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Üçüncü quyunun qazılmasına başlanması bu ilə planlaşdırılır.

 

Hesabatda həmçinin bildirilir ki,  ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2266 nəfər təşkil edibburaya müddətli müqavilə əsasında işləyənlər də daxildir.

 

2021-ci il ərzində bponun əməliyyatçı olduğu  layihələrdəki tərəfdaşları  Azərbaycanda sosial investisiya  proqramlarına  2,2 milyon dollardan artıq vəsait  xərcləyiblər. Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (tərəfdaşları adından) Azərbaycanın şəhər və bölgələrində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirir.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 12 fevral.- S.1;5.