Şuşa” və “Qarabağ”ın sorağı Avropadan gəlir

 

 

Tovuz-Baltiyaşirkətinin ixrac etdiyi məhsullar “Made in Azerbaijan” brendinə nüfuz gətirir

 

 

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sahibkarlığa yaradılan sağlam şərait bacarıqlı adamlarına öz fəaliyyətlərini genişləndirmək üçün geniş imkanlar açdı. Nəticədə onların istehsal etdikləri bir çox məhsul nəinki ölkə daxilində, eləcə xarici ölkələrə ixrac olunmaqla Azərbaycanın imicinə töhfələr verməyə başladı.

Belə adamlarından biri tovuzlu sahibkar Naiq Məmmədhəsənovdur. Onun yaratdığıTovuz-Baltiya” LTD-nin istehsal etdiyi alkoqollu içkilər bu gün dünyanın bir çox ölkəsində böyük həvəslə alınır. 1989-cu ilin dekabrından üzüm yetişdirilməsi şərab məhsullarının istehsalı məqsədilə yaradılmışTovuzüzümçülük-istehsalat kooperativi bu sahədə ilk özəl şirkət olsa da, sovetlər birliyi dağıldıqdan sonra bir müddət fəaliyyətini dayandırmışdı. Lakin 1993-cü ilin martında şirkət rəsmi olaraq yenidən dirçəldilərəkTovuz-Baltiya” LTD adı altında fəaliyyətini davam etdirməyə başladı. 2002-ci ildə Prezident Heydər ƏliyevinAzərbaycanda üzümçülüyün şərabçılığın inkişaf etdirilməsi haqqındafərmanından sonraTovuz-Baltiyafransız texnologiyası ilə şərab konyak istehsal etməyi qarşısına məqsəd qoydu. Bunun üçün yüksəkixtisaslı mütəxəssislər böyük stajına malik texnoloqları işə cəlb etdi. Zavodda köhnədən qalmış konyak materialının istifadəsi ilə bərabər, üzümün keyfiyyətli sortlarından yüksək keyfiyyətli şərablar, həmçinin konyak spirti istehsal olundu. Hətta məhsulun daha yüksək standartlara cavab verməsi üçün Zəyəm dağ çayının mənbəyindən götürülən bulaq suyundan istifadə edilməsi üçün tədbirlər görüldü.

Tovuz-Baltiya” LTD Qovlar şəhərində yerləşir. Son illər şəhər statusu alan bu yaşayış məntəqəsinin siması aparılan abadlıq quruculuq işləri sayəsində tamamilə dəyişib. Salınan yeni park xiyabanlar, geniş abad küçələr insanlara rahatlıq gətirib. Böyük bir ərazini əhatə edən müəssisənin girişində geniş park salınıb. Park gül-çiçək içindədir.

Ancaq bir tərəfdə qoyulmuş köhnə köşk nəzərimizdən qaçmır. Öyrənirik ki, 1993-cü ildə şirkət təsis edilərkən burada bu köşkdən 6 hektar üzüm bağından başqa heç olmamışdır. İndi bu nəhəng şirkətin 67 hektar üzüm bağı var. 123 nəfər işçiyə əməkhaqqı verilir. Onlardan 47 nəfəri zavodda çalışır. Bugünkü uğurlar o köşkdən başladığı üçün şirkətin rəhbəri köşkü xatirə olaraq saxlayır.

Söhbət zamanı öyrəndik ki, 1990-cı illərin əvvəllərində - AXC hakimiyyəti zamanı bu kollektivin başına minbir oyun açıblar. Necə deyərlər, gözlərini açmağa imkan verməyiblər. Hər gün əlisilahlılar gəlib müxtəlif tələblər irəli sürüblər. Yaxşı ki, qara günlər çox çəkməyib. Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra sahibkarlara geniş meydan açıb. Dövlətdən güzəştli kreditlər alan şirkət istehsalı daha da genişləndirib. İndi budur, şirkətin məhsullarının sorağı Avropadan gəlir. Amma bunun üçün müəyyən mərhələni keçmək lazım olmuşdu.

 

Ötən əsrin 70-ci illərində SSRİ- istehsal olunan üzümün 30-32 faizini Azərbaycan verirdi. Həmin dövrdə büdcənin müəyyən hissəsi üzümçülük şərabçılıqdan daxil olan gəlirlər hesabına təmin edilirdi. Bu sahədə çalışanların sayı isə 300 min nəfərdən çox idi. Bütün bunları yaxşı bilən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra üzümçülüyün dirçəldilməsi üçün bir çox sərəncam imzaladı. Bu baxımdan 2002-ci il 29 yanvar tarixli sərəncamın böyük əhəmiyyəti oldu. Daha sonra üzümçülüyün şərabçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edildi. Ardınca bütün regionlarda üzüm bağlarının sahələri Avropadan gətirilmiş üzüm sortları hesabına genişləndi. Nəticədə ixracyönümlü məhsulların sırasına Azərbaycan şərabları da əlavə edildi. Ölkəmizdə üzümçülüyün yenidən inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu şirkət üçün düşərli oldu.

 

Bu gün istehsal olunan konyak spirti Bolqarıstandan, İtaliyadan Fransadan gətirilən 100 illik palıddan hazırlanmış çəlləklərdə saxlanılır. Məhsulun süzülməsi qablaşdırılması fransız, alman italyan avadanlıqları vasitəsilə həyata keçirilir. Məlum olduğu kimi, istehsal olunan alkoqollu içkilərin keyfiyyətinin yüksək olması əsasən bir neçə amildən asılı olur ki, onlardan biri iqlim şəraitidir. Dünyada üzümçülüyün beşiyi sayılan Fransa ilə müqayisədə Azərbaycan onun Gəncə-Tovuz bölgəsində illik aktiv günəş enerjisinin miqdarı iki dəfə çoxdur. Bu isə yüksək keyfiyyətli üzümün yetişməsi üçün əsas şərtdir.

 

Şirkətin məhsulları dünyanın ən mötəbər sərgi festivallarında uğurla nümayiş etdirilir. İndiyədək Rusiya Federasiyasında, Fransada, eləcə digər xarici ölkələrdə keçirilən sərgilərdəTovuz-Baltiya” LTD şirkətinin istehsal etdiyi şərab konyaklar, həmçinin alkoqolsuz içkilər yüksək qiymətləndirilərək müxtəlif mükafatlara layiq görülmüşdür.

 

Burada istehsal olunan , qırmızı, eləcə də meyvə şərablarının, konyakların adları da maraqlıdır. “Şuşa”, “Sarı gəlin”, “Qarabağ”, “Bakı-Ceyhan”, “Bayatı Şiraz”, “Leyli və Məcnun”, “Dəli Kür” və s. Sözsüz ki, bu adlarla uzaq Fransada, Yaponiyada, Slovakiyada, Moskvada, İtaliyada, Almaniyada, Çində və digər ölkələrdə satılan şərab və konyaklar ölkəmizin imicinə şərəf gətirir. Bu imici yaradanTovuz-Baltiya” LTD şirkətinin kollektivi isə bunun nə qədər məsuliyyətli olduğunu yaxşı dərk edironu qorumaq üçün əllərindən gələni əsirgəmirlər.

 

Şirkət indiyədək qazandığı uğurlardan qətiyyən arxayınlaşmır. Daim axtarışda olan şirkət hazırda ixrac potensialını genişləndirmək üçün bir çox xarici ölkə ilə danışıqlar aparır. Naiq Məmmədhəsənov deyir ki, bu yaxınlarda Özbəkistanın Fərqanə şəhərində “Tovuzbrendi ilə istehsal müəssisəsi də yaradılmışdır. Yeri gəlmişkən artıq xeyli vaxtdır ki, şirkətin məhsul göndərdiyi bütün ölkələrdə ixtisaslaşdırılmış mağazaları fəaliyyət göstərir. Həmin mağazalar xüsusi nəzarət altında saxlanılır. Bütün məhsullar orqanik sertifikatlarla təmin edilib. Fransanın Konyak şəhərinə isə müntəzəm olaraq müxtəlif çeşiddə konyak göndərilir. 2015-ci ildə həmin şəhərin meri Mişel Qurinças Azərbaycanda, o cümlədən müəssisədə olarkən Tovuz konyaklarının yüksək keyfiyyətli olduğuna görə şirkətin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

 

Kollektivin qarşıda görəcəkləri işlər hələ çoxdur. Qərara alınıb ki, şirkətin nəzdində tingçilik təsərrüfatı yaradılsın və burada yerli iqlimə uyğun üzüm tingləri yetişdirilsin. Bundan başqa, dağ kəndlərində dəmyə şəraitində üzüm yetişdirmək üçün ayrı-ayrı vətəndaşların bu işə cəlb edilməsi nəzərdə tutulub.

 

Söhbət zamanı şirkətin rəhbəri çox vacib bir məsələyə də toxundu: “Ölkəmizin ən böyük ixrac sahələrindən biri şərabçılıqdır. Lakin məhsulun dünya standartlarına uyğun qablaşdırılmasında problemlər var. Onlardan biri, daha doğrusu, ən vacibi şüşə qablardır. Doğrudur, ölkədə şüşə qab istehsal edən zavod var. Lakin həmin müəssisə təkcə araq üçün qab istehsal edir. Yaxşı olardı ki, həmin müəssisə konyak üçünorijinal görkəmdə şüşə qablar istehsal etsin”.

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 12 fevral.- S.1;6.