Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Moskvada “Tretyakov
Qalereyasının
kolleksiyasından olan əsərlər”
adlı sərgi ilə tanış olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada “Azərbaycan günləri” çərçivəsində təşkil olunan “Tretyakov Qalereyasının kolleksiyasından olan əsərlər” adlı sərgi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Xalq rəssamı Tahir Salahovun məşhur əsərlərinin sərgiləndiyi ekspozisiyada məşhur fırça ustasının “Qladioluslar”, “Qara Qarayevin portreti” və “Aydan” adlı əsərləri də təqdim olunur.
Ekspozisiyada
Tahir Salahovun natürmort, peyzaj, portret janrlarında müxtəlif dövrləri
əhatə edən əsərləri də yer
alıb. Tahir Salahov Azərbaycana
və Rusiyaya sevgini
özündə birləşdirən bənzərsiz incəsənət
xadimidir. Onun
yaradıcılığında iki
xalqın ənənələri öz əksini
tapır. Görkəmli rəssam əsərlərində həm
də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini
Avropa boyakarlıq məktəbinin nailiyyətləri
ilə birləşdirib. Tretyakov
Qalereyasının direktoru Zelfira
Trequlova deyib: “Biz rəssamın bütün dövr üçün əlamətdar olan “Abşeron
qadınları” əsərini, həmçinin irihəcmli əsərlərini,
böyük rus bəstəkarı
Dmitri Şostakoviçin
tələbəsi olan bəstəkar Qara Qarayevin portretini nümayiş etdiririk. Bu ekspozisiyaya Tretyakov
Qalereyasının kolleksiyasından 7 əsər və bir sıra kolleksiyalardan əsərlər
daxildir. Bu sərgi
2014-cü ildən bu binada
nümayiş etdirdiyimiz
trilogiyanın üçüncü hissəsidir”.
Azərbaycan.-
2022.-23 fevral.- S.6.