Avropa İttifaqı mədəni müxtəlifliyə və mədəniyyətlərarası dialoqa töhfə verir

 

Avropa İttifaqı tərəfindən təşkil olunanFantazEU” Mədəni İrs Festivalı Azərbaycanın brendinə çevrilib. Bu festival mədəniyyət və kreativliyin nümayişi üçün gözəl ideyadır. Avropa İttifaqı bütövlükdə mədəni müxtəlifliyə və mədəniyyətlərarası dialoqa töhfə verir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa İttifaqı ölkələrinin səfirlərinin iştirakı ilə keçirilən “FantazEU” Mədəni İrs Festivalına həsr olunmuş mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

Festivalın mədəni müxtəlifliyin qorunub saxlanılmasına xidmət edəcəyini bildirən nümayəndəliyin rəhbəri deyib ki, bu, Azərbaycan mədəniyyətinin inkişafı baxımından önəmlidir. Tədbirin proqramına seminarların, konsertlərin, film nümayişlərinin daxil edildiyini vurğulayan  Peter Mixalko deyib ki, tamaşaçılar bu festival vasitəsilə Azərbaycan və Avropanın bir sıra bənzərliklərinin şahidi olacaqlar.

“Azərbaycan ilə Avropa arasında bir çox oxşarlıq mövcuddur. Bu festival Aİ ilə Azərbaycan arasında körpü rolunu oynayacaq. İnanıram ki, festival sayəsində insanlarımız və xalqlarımız bir-birini daha yaxından tanıyacaq”, - deyə o əlavə edib.

 

Azərbaycan.- 2022.-23 fevral.- S.11.