İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

 

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında qardaşdost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.

 

Azərbaycan.- 2022.- 24 fevral.- S.1.