Bəşəriyyətə qarşı amansız soyqırımı cinayəti

 

Bu gün XX əsrdə xalqımıza və eləcə də bəşəriyyətə qarşı həyata keçirilən ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımının törədilməsinin 30-cu ili tamam olur. Bu cinayət hüquqi kontekstdə öz ədalətli qiymətini almalıdır.

Xocalı soyqırımının başvermə səbəblərinə və hüquqi nəticələrinin xronologiyasına diqqət edək.  1992-ci ilin 27 fevral tarixində həmin vaxt qüvvədə olan cinayət qanunvericliyinə uyğun olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi (bandizim), 94-cü maddəsinin 4 və 6-cı bəndləri (2 və ya artıq şəxsi xüsusi amansızlıqla qətlə yetirmə)  maddələri ilə  cinayət işi (¹ 64524) başlanıb. həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsində soyqırımı cinayəti təsbit edilməyib.  31 mart 1994-cü il tarixdə isə Cinayət prosessual qanunvericiliyinə əsasən, təqsirləndirilən şəxsi müəyyən etmək mümkün olmadığı üçün  cinayət işinin istintaqının icraatı dayandırılıb.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra erməni soyqırımı cinayətlərinin beynəlxalq hüquq normalarına əsasən, ifşa edilməsi istiqamətində ciddi adımlar atılıb.  Ulu Öndərin 26 mart 1998-ci il tarixli sərəncamı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Heydər Əliyevin  təşəbbüsü ilə   2000-ci ildə milli  qanunvericilik bazasının təkmilləşdirilməsi  istiqamətində aparılan dəyişiklik nəticəsində yeni Cinayət Məcəlləsi qəbul edilib. Yeni məcəllənin 103-cü maddəsinə əsasən,  hər hansı milli, etnik, irqiya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurmaya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə soyqırımı  cinayəti kimi təsbit edilib.  

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” söyləyən Heydər Əliyev bu fikirləri ilə ermənilərin xalqımıza qarşı soyqırımı siyasətinin  Xocalıdan başlamadığını bu insanlıq əleyhinə olan cinayətin tarixinin daha dərinlərə getdiyini vurğulayıb.

Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən sonra Xocalı soyqırımının tanıdılmasında yeni dövr başlayıb.  Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.  Bundan sonra Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin beynəlxalq platformalarda ermənilərin ifşasına həsr edilmiş fəaliyyətinin şahidi olduq.  Ümumiyyətlə, Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən sonra soyqırımı cinayətlərinin qarşısının alınması ilə bağlı  BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada daxil olmaqla, bir çox beynəlxalq sənədlərə qoşulmuşdur.

2003-cü ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokurorluq, Daxili İşlər NazirliyininMilli Təhlükəsizlik Nazirliyinin iştirakı ilə ermənilərin törətdiyi cinayətlərlə bağlı yeni istintaq qrupu yaradılıb. 2005-ci ildə Baş Prokurorluq tərəfindən, ermənilərin törədiyi cinayətlərlə bağlı istintaq aparılması Hərbi Prokurorluğa həvalə edilib. Bundan sonra Xocalı soyqırımı ilə bağlı istintaqın dayandırılmasına dair qərar ləğv edilərək baş vermiş cinayət hadisəsi məhz soyqırımı cinayəti kimi tövsif edilərək cinayət işinin istintaqı təzələnib. 

Respublika Hərbi Prokurorluğunun məlumatına əsasən, Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkən şəxs qismində dindirilib, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınıb, bu cinayət üzrə 800-dən artıq müxtəlif ekspertizalar keçirilib. Nəticədə 39 nəfər rəsmi şəxsin və 8 mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların əksəriyyətinin Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb. Prezident İlham Əliyev  “Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılmasıdır. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır. Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər” söyləməklə bu istiqamətdə aparılacaq işlərin hədəflərini açıq-aydın göstərir.

Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti və Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası nəticəsində  hazırda Xocalı soyqırımını dünyada 10-dan artıq ölkə və ABŞ-ın 22 ştatı tamya parlament səviyyəsində qətliam kimi tanıyıb. 

Beynəlxalq hüquqa görə, soyqırımı etnik, irqi, diniya milli qrupun düşünülmüşsistematik şəkildə tamya qismən məhv edilməsidir. “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın (SCQACK) 2-ci maddəsində “milli, etnik, irqiya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərdən birikimi nəzərdə tutulub.  SCQACK-nın preambulasında soyqırımı yalnız “beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət” hesab edilmir, həmçinin “bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız böyük itkisi” sayılır. Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüd hesab edilir.

Xocalı soyqırımı ilə bağlı ölkədaxili hüquqi prosedurların, xüsusilə bu faktlar əsasında cinayət məsuliyyəti, habelə istintaq-əməliyyat tədbirlərinin davam etməsi kontekstində hadisələrə beynəlxalq hüquq prizmasından yanaşmaqla cinayət mühakiməsinin reallaşdırılması xüsusi önəm kəsb edir  1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunun 5-ci maddəsində aşağıdakı beynəlxalq cinayətlər sadalanır: soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti. Lakin bunlardan təcavüzlə bağlı məsuliyyətə cəlbetmə bu cinayətin tərifinin tam və qəti müəyyən olunmaması səbəbindən uzun müddət dayandırılmışdı. Lakin 2010-cu ildə Kampalada qəbul olunmuş razılaşmaya əsasən, 2017-ci il yanvarın 1-dən BCM artıq bu cinayətə görə də yurisdiksiyaya malikdir. Qeyd edək ki, Statutun müddəalarına görə, Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi). Lakin fikrimizcə, burada soyqırımı və təcavüz cinayətlərinə münasibətdə  fərqli münasibət olmalıdır. Belə ki, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında, xüsusilə, soyqırımı cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırımı cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsini qaldırsın.  

Beynəlxalq hüquqa əsasən, soyqırımı cinayəti mahiyyətinə, törədilmə səbəbinə və s. əlamətlərinə görə müəyyən edilsə də, bəzi hallarda hansı tarixi hadisələrin soyqırımı, hansıların isə qeyri-insani əməl olması barədə  fikir ayrılıqları hələ də qalmaqdadır. Dünyada özünü soyqırımı cinayətlərinin qurbanı kimi tanıtmağa çalışan ermənilərin bu işdə ən böyük dəstəkçisinin Fransa olması heç kimə sirr deyil. Lakin dünya soyqırımı tarixinə baxsaq, ən böyük soyqırımı cinayətlərinin fransızlar və ermənilər tərəfindən həyata keçirildiyinin şahidi olarıq. Dünya tarixində dərin iz buraxan  soyqırımı hadisələrinə diqqət edək. 

1. Yəhudi soyqırımı - və ya Holokost (ivritcə: fəlakət) - Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Soyqırımında ölənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, Volfqanq Bensin yazdığı “Dimension des Wolkermords” (1991) adlı kitabdakı rəqəmlər bu günümüzdə ən güvənilən məlumat kimi qəbul olunur. Burxard Asmussun 2002-ci ildə ortaya qoyduğu orta hesablamalara görə, qəbul edilən say ən az 5,6 milyon və ən çox 6,3 milyon arasındadır.

Yəhudilər başda olmaqla, sintlər və romanlar da bu qətliamın qurbanı olub. Bir çox alim isə bu qrupları soyqırımına daxil etməyərək, baş verənləri yalnız Yəhudi Soyqırımı olaraq qəbul edir.

Almaniya hökumətindən Holokost qurbanları üçün təzminat almaq məqsədilə “Yəhudi Material İddia Assosiasiyası” 1951-ci ildə yaradılıb. Təşkilat yarandığı gündən etibarən Almaniya hökumətindən 70 milyard dollar təzminat alıb.

2. Əlcəzair soyqırımı - (SetifGuelma, Kherrata qətliamı) 8 may 1945-ci ildə Əlcəzairin Setif, GuelmaKherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliamdır. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də, digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45000 arasında olduğu bildirilir.   Fransa hökuməti Əlcəzair qiyamını yatırtmaq üçün orduya böyük dəstək verib.

3. Ruandada soyqırımı. və ya rəsmi olaraq tutsilərin soyqırımı. Hutu hökumətinin əmri ilə Ruanda da yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Soyqırımı həyata keçirən Hutu hökumətinin o dövrdə ən yaxın müttəfiqi Fransa olması səbəbiylə Ruanda soyqırımından ən çox məsul tutulan ölkədir.

4. Bosniya soyqırımı. BosniyaHerseqovinada (keçmiş Yuqoslaviyada) 1992-1995-ci illərdə davam edən müharibə zamanı xristian serblər tərəfindən müsəlman bosniyalılara qarşı tətbiq edilmiş soyqırımı, etnik təmizləmə və kütləvi qırğınlar. Bu soyqırımı zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə müşayiət olunmuşdur. Bütün soyqırımlarda olduğu kimi, serblərin əksəriyyəti tərəfindən bu soyqırımı inkar edilsə də, Serbiya Prezidenti tərəfindən etiraf edilərək üzr istənilib. 2013-cü ildə Serbiyanın sabiq prezidenti Tomislav Nikolits qətliam üçün üzr istəyib: “Mən diz çökür və Serbiyanın Srebrenitsada baş verən qırğın üçün bağışlanmasını xahiş edirəm. Mən bəzi şəxslər tərəfindən bizim dövlətimiz və xalqımızın adından edilən bu cinayətlər üçün üzr istəyirəm”.

Dünya soyqırımı tarixinə ən utancverci formada daxil olan Xocalı soyqırımı barədə Ümummili Lider Heydər Əliyev deyib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Hazırda ölkəmizin qarşısında bu sahədə duran ən ümdə vəzifə müasir beynəlxalq hüquq alətləri və mexanizmlərindən istifadə etməklə ədalət mühakiməsinin reallaşması  baxımdan müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törədilən təcavüz, soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinə görə hərbi tribunalya digər xüsusi məhkəmə mexanizmlərinin yaradılmasına və cinayətkarların cəzalandırılmasına nail olmaqdır. 

 

Sadiq QURBANOV

Milli Məclisin Təbii ehtiyatlar,

energetikaekologiya komitəsinin sədri

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.6.