Şuşa İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

 

Baş nazir Əli Əsədov fevralın 25-də “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” sərəncam imzalayıb.

AZƏRTAC Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.2.