Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

 

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonunun Tuğ kənd sakini şəhid Abdullayev Tural Bəylər oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının nümayəndələri və partiya fəalları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan.- 2022.-10 fevral.- S.7.