“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 407; 2012, ¹ 2, maddə 113; 2014, ¹ 6, maddə 644, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 8, maddə 1677; 2019, ¹ 5, maddə 910; 2021, ¹ 9, maddə 1047) 1-ci hissəsində “Rövşən Nəcəf” sözləri “Sahib Məmmədov” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2022-ci il

 

Azərbaycan.- 2022.-27 fevral.- S.3.