"Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 538-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 28 dekabr tarixli 345 nömrəli, "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq,  "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il  27 may tarixli 538-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1.    "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1114; 2019, ¹ 1, maddə 74, ¹ 2, maddə 215) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 2.1-ci bənddə "birinciikinci cümlələrində" sözləri "ikinci cümləsində" sözləri ilə əvəz edilsin;

 

1.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

"2.2. həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;".

2.         "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin  2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 790; 2018, ¹ 5, maddə 908; 2019,

¹ 5, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:

2.1.      2.1-1-ci  bənddə "maddəsinin birinci abzasında, 38.3.1-ci (hər iki halda) və 38.3.2-ci (hər iki halda) maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

2.2.      2.1-2-ci bənddə "maddəsinin birinci abzasında, 38.3.1-ci (birinci halda) və 38.3.2-ci (birinci halda) maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

2.3.      2.1-3-cü bənd ləğv edilsin.

3.  Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 538-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2022-ci il

Azərbaycan.-2022.- 3 iyul.- S.4.