Reza Deqatinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Reza Deqati "Dostluq" ordeni ilə təltif edilsin.

 

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2022-ci il

Azərbaycan.-2022.- 26 iyul.- S.2.