Bakı beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır

 

Yüksək təşkilatçılıq və layiqli evsahibliyi Azərbaycanın artan nüfuzunun göstəricisidir

 

Son illər Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Paytaxtımızın evsahibliyi etdiyi möhtəşəm tədbirlər təbii ki, Azərbaycanın yüksələn nüfuzunun və həmçinin paytaxtımız Bakının ən əlverişli məkan olduğunun göstəricisidir.

Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin apardığı müstəqil siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bunda dünyada cərəyan edən hadisələr fonunda  ölkəmizdə hökm sürən sabitlikmühüm rol oynayır. Elə təkcə son 3 həftəyə nəzər salsaq, Azərbaycanın bir neçə müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi etdiyinin şahidi olarıq.

 

Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - 24 ölkədən 449 şirkət

 

Bu tədbirlərin siyahısı XV Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ilə başlandı. "Caspian Agro 2022" və "InterFood Azerbaijan 2022"nin birgə keçirdiyi layihədə 24 ölkənin 449 şirkətinə qucaq açan paytaxtımız kənd təsərrüfatı sahəsinə maraq göstərənlərə, bu sferada istifadə olunan texnika və avadanlıqlarla yaxından tanış olmaq istəyənlərə əsl fürsət yaratdı. Hətta sərgidə yerli şirkətlərdən daha çox xarici şirkətlər öz istehsallarını nümayiş etdirmək üçün ölkəmizə təşrif buyurmuşdular.

Sərgilənən avadanlıqların 101-i yerli, 348-i xarici şirkətlərə məxsus idi. Bundan əlavə, bu müstəvi yerlixarici nümayəndələrə, mütəxəssislərə, eləcə də fermerlərə fikir müdabiləsi aparmaq, sağlam rəqabətqabiliyyətli mühit formalaşdırmaq üçün də əlverişli şərait yaratdı. Bakı Ekspo Mərkəzində 3 gün davam edən tədbir çərçivəsində ən son texnologiyalarla hazırlanan texnika və avadanlıqların ziyarətçilərə açıq şəkildə nümayiş etdirilməsi gələcəkdə yeni ideyaların yaranmasına, gənclərin bu sahəyə dair verəcəyi töhfələrə də yol açdı.

 

Qardaşlığın ən yükzək zirvəsi - "TEKNOFEST Azərbaycan"

 

Dünyanın gözünün Azərbaycanda olduğu digər bir möhtəşəm tədbir isə ötən həftə keçirilən, hər kəsin böyük zövqlə izlədiyi "TEKNOFEST" festivalı oldu. 4 ildir Türkiyə səmalarında uçan, nümayiş etdirilən aviasiya, kosmostexnologiya sahələrinə aid müasir hərbi maşınlar, texnikalar, uçuş aparatları və digər vasitələr bu dəfə Azərbaycanda nümayiş etdirildi. Azərbaycan və Türkiyə şahinləri Bakının mavi səmalarında süzərək insanları heyrətə gətirdi.

Bakının Dənizkənarı bulvarında yerləşən, bundan öncə də beynəlxalq tədbirlərə qucaq açan "Baku Crystal Hall"un qarşısından 4 gün kütlə azalmadı. Hətta 28 May - Respublika Gününə təsadüf edən festivalın sonuncu günü elə bir izdiham yarandı ki, sanki insanlar tədbirin bitməsini istəmir, davam etməsini arzulayırdılar.

Xüsusilə "Bayraktar" və "Akıncı"nın sərgiləndiyi ərazilərdə yaranan sıxlıq Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin əsas yardımçı vasitələrinə olan rəğbətin nümayişi idi. Bu festivalda Azərbaycanla Türkiyənin təkcə dostluq, qardaşlıq münasibətini deyil, eləcə də müstəqilliyimizin növbəti ilini ötən ildən daha uğurlu, güclü şəkildə qeyd etdik. Bu dəfə müstəqilliyimizin ən uca zirvəsinin sədalarını səmalardan Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri və hərbi helikopterləri ilə birgə Türkiyənin "Solotürk", "Türk Ulduzları" və "Hürkuş" aerobatika komandalarının nümayiş etdirdikləri hava şouları da dünyaya car çəkirdi.

Böyük məmnunluq və uğurla yekunlaşan tədbir bir sıra texnologiya sahəsində ixtiralar edən yeniyetmə və gənclərə də böyük stimul verdi. Onlar müxtəlif kateqoriyalar üzrə hər iki ölkənin prezidentlərinin iştirakı ilə mükafatlandırıldılar.

 

Avropanın enerji təhlükəsizliyinin təminatçısı

 

Növbəti tədbir isə iyunun 1-də Xəzər regionunun neft-qazenerji sektorunda ən nüfuzlu layihəyə - "Bakı Enerji Həftəsi"nə və Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgilərinə etdiyimiz evsahibliyi ilə başlanıldı.

İyunun 4-dək davam edəcək "Bakı Enerji Həftəsi" özündə 3 böyük layihəni birləşdirib:

27-ci Beynəlxalq Xəzər NeftQaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Foruma 31 ölkədən 250 şirkət qatılıb. Dünyanın inkişaf etmiş ölkələrindən olan nüfuzlu şirkətlərin iştirakı ilə baş tutan sərgilərdə ziyarətçilərə müxtəlif məhsul və xidmətlər təklif edilməklə yanaşı, bizneslərarası görüşlər də keçirilir.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində baş tutan Xəzər NeftQaz Sərgisi ölkəmizdə müstəqilliyin əldə edildiyi tarixdən bəri keçirilməyə başlayıb. Qlobal pandemiya dövründə iki il fasilə verəndən sonra bu il Bakı yenidən sərgiyə evsahibliyi edir.

Hər dəfə olduğu kimi, bu il də açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə baş tutdu. Builki sərgidə xüsusilə bərpaolunan enerji sahəsində pilot layihələr, "yaşıl enerji" zonası, dəniz külək enerjisi potensialı və s. kimi məsələlərə diqqət yetirilib. Beynəlxalq və yerli şirkətlər bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində ən son təkliflərini təqdim edirlər. Daha təmiz gələcəyə doğru belə addımların atılması isə dünyanın, eləcə də ölkəmizin qarşısında duran əsas məsələlərdəndir.

Sərgidə həm Azərbaycan, həm də digər ölkələrdən olan müvafiq sahələr üzrə mütəxəssislərlə görüşmək, eləcə də ən son yeniliklərlə, mövcud və gələcək layihələrlə tanış olmaq, həmçinin təcrübə mübadilələri aparmaq imkanı yaradılıb. Ziyarətçilər yerli şirkətlərin stendlərinə baxış keçirərkən əldə olunan nailiyyətləri, həmçinin neftqaz hasilatının hansı formaüsullarla hasil olunduğunu, daşındığını aydın görə bilirlər.

Belə nəhəng və ixtisaslaşmış sərgilərin məhz ölkəmizdə təşkili ilə daim yeniliklərə imza atmaq daha da asanlaşır. Paytaxtımız beynəlxalq layihə, tədbir və festivalların əvəzedilməz məkanı hesab edilir.

Hər bir beynəlxalq tədbirlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər. Bundan başqa, bu kimi beynəlxalq səviyyəli tədbirlər iqtisadi inkişafımıza da təkan verir. Belə ki, təşrif buyurmuş hər bir qonaq respublikamızda yatırımlar üçün əlverişli şəraitin və imkanların olmasını, eyni zamanda sabitliyin hökm sürdüyünü görür. Ona görə də beynəlxalq  tədbirlər investisiya cəlbi baxımından da böyük əhəmiyyətə malikdir.

 

Aydan XƏLİLOVA

 

Azərbaycan.- 2022.- 3 iyun.- S.10.