Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramıMüstəqillik Günü münasibətilə Sizə dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək çox xoşdur. Dostluq əlaqələrimiz əməkdaşlığımız səmərəli şəkildə genişlənir.

Bundan əlavə, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına daha çox səy göstərməyə hazır olduğumuzu bir daha bildirirəm.

Ümidvaram ki, Zati-aliniz üçün münasib vaxtda Monqolustana səfər edəcəksiniz.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı səadət, dost Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Xürelsüx Uxnaaqiyn

Monqolustanın Prezidenti

 

Azərbaycan.- 2022.- 7 iyun.- S.1.