"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

  Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq  qərara alır:

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 789; 2020, ¹ 6, maddə 664, ¹ 7, maddə 851, ¹ 11, maddə 1335; 2021, ¹ 2, maddə 109, ¹ 6 (I kitab), maddə 548) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.43-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.44-cü maddə əlavə edilsin:

"1.0.44. inteqrasiya təlimli təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təhsil müəssisəsi.".

2. 4.0.29-cu maddədə "pedaqoji işçilərə" sözləri "müəllimlərə" sözü ilə, "pedaqoji işçilərin" sözləri "müəllimlərin" sözü ilə əvəz edilsin.

3. 12-ci maddə üzrə:

3.1. 12.14.6 - 12.14.13-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"12.14.6. inteqrasiya təlimli ümumtəhsil məktəbi;

12.14.7. xüsusi ümumtəhsil məktəbi;

12.14.8. ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

12.14.9. internat tipli lisey;

12.14.10. internat tipli gimnaziya;

12.14.11. inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

12.14.12. internat tipli xüsusi ümumtəhsil məktəbi;

12.14.13. internat tipli sanator ümumtəhsil məktəbi;";

3.2. aşağıdakı məzmunda 12.14.14-cü maddə əlavə edilsin:

"12.14.14. digər məktəblər.".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il

 

Azərbaycan.- 2022.- 9 iyun.- S.3.