Uğurlarımız BMT-nin diqqət mərkəzindədir

 

Ölkəmiz "Davamlı inkişaf məqsədləri indeksi"ndə 5 pillə irəliləyib

 

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) bir çox qurumları ilə fəal və faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdədir. Bu sırada BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İnkişaf Proqramı (BMT İP), Sənaye İnkişaf Təşkilatı (UNIDO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ərzaq Proqramı (ÜƏP), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi qurumlarla münasibətləri qeyd etmək olar.

Eyni zamanda onu da demək lazımdır ki, BMT-nin xüsusi qurumları qismində İnkişaf Proqramı və Sənaye İnkişafı Təşkilatı ilə bizim xüsusi əlaqələrimiz ildən-ilə inkişaf edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov şərhində belə yazır: "BMT-nin illik açıqlanan "Dayanıqlı İnkişaf Hesabatı" hər bir ölkənin 2030-cu ilədək müəyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hansı mövqedə olduğunu qiymətləndirən vacib sənəddir. Hesabat Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyində nəzərdə tutulmuş 17 ümumbəşəri inkişaf məqsədlərinin nəticələrini özündə əks etdirir".

Rəşad Hüseynov məlumat verir ki, 2022-ci il üçün hazırlanmış hesabat sənədində ölkəmiz ötən illə müqayisədə 5 pillə irəliləmiş və mümkün 100 baldan 73,5-ni toplayaraq 163 ölkə arasında "Davamlı İnkişaf Məqsədləri (DİM) indeksi" üzrə 50-ci yerdə qərarlaşmışdır. Bu göstəriciyə görə, Azərbaycan Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdirdünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6 baldır ki, bu da göründüyü kimi, Azərbaycanın göstəricisindən aşağıdır.

Hesabatda ölkəmiz BMT-nin "Yaxşı səhiyyə və rifah", "Keyfiyyətli təhsil", "Yoxsulluğa son", "Təmiz susanitariya", "Davamlı şəhərlər və icmalar", "Məsuliyyətli istehsalistehlak", "İqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaşlıq" kimi Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyişə nail olmuşdur. Hesabatda müəyyən edilmiş altməqsədlərə gəldikdə isə, qiymətləndirilən 83 məqsəddən 35-də (qismən və ya nəzərəcarpacaq) irəliləyiş əldə edilmişdir.

Hər bir ölkənin fəaliyyəti digər ölkələrin DİM-lərə nail olmaq imkanlarına müsbət və ya mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən etmək üçün hesabatda eyni zamanda "Yayılma və ya təsir indeksi" hesablanır ki, bu da üç istiqamət üzrə qiymətləndirilir: ekolojisosial təsirlərin beynəlxalq ticarətdə təcəssümü, iqtisadiyyat və maliyyə, təhlükəsizlik. Bu qiymətləndirmə üzrə Azərbaycanın göstəricisi 97,3 bal olmuşdur.

BMT-nin müvafiq qurumları mütəmadi olaraq uğurlarımızı təhlil edir, naliyyətlərimizi qeydə alırlar. Xatırladaq ki, 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 165 ölkə arasında 55-ci olmuşdur. Bu isə imkan verir ki, ölkəmiz gələcəkdə də BMT-nin ixtisaslaşdırılmış təsisatları ilə əməkdaşlığı onların əhatə etdiyi bütün prioritet sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdirsin.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.-9 iyun.- S.5.