"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 529-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 231; 2000, ¹ 3, maddə 159; 2008, ¹ 7, maddə 611, ¹ 8, maddə 719, ¹ 10, maddə 896; 2009,  ¹ 2, maddə 71, ¹ 12, maddələr 977, 987; 2011, ¹ 7, maddə 633; 2012, ¹ 6, maddə 545; 2014, ¹ 7, maddə 791, ¹ 11, maddə 1408, ¹ 12, maddə 1570; 2015, ¹ 1, maddə 20; 2016, ¹ 6, maddə 1050; 2018, ¹ 10, maddə 2007, ¹ 12 (I kitab), maddə 2615; 2019, ¹ 2, maddə 206, ¹ 5, maddə 844; 2020, ¹ 8, maddə 1037, ¹ 11, maddə 1348) ikinci hissəsinin yeddinci abzasının "b" bəndinə "altıncı hissələrində," sözlərindən sonra "49-cu maddəsinin 5-ci hissəsində, 74-cü maddəsinin 1-1-ci hissəsinin birinci abzasında, 87-ci maddəsinin 8-ci hissəsində, " sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2022-ci il

 

Azərbaycan.- 2022.- 10 iyun.- S.2.