Azərbaycanla Türkiyənin birgə layihəsi bütün Avropa məkanına fayda gətirir

 

 

TANAP-ın istifadəyə verilməsinin 4 ili tamam olur

 

 

 

2018-ci il mayın 29-da Bakıda, Səngəçal terminalında "Cənub qaz dəhlizi" istifadəyə veriləndən cəmi iki həftə sonra   Türkiyədə, Əskişəhərdə TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) istismara daxil olması böyük nailiyyət  idi. Bu mühüm hadisə Azərbaycanın təşəbbüsü liderliyi ilə həyata keçirilən "Cənub qaz dəhlizi" layihəsinin uğurla tamamlanacağına zəmanət verirdi.

Dəhlizin işə düşməsinə onun ilk iki seqmentinin yekunlaşması imkan  yaratmışdı. Belə ki, "Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində artıq qaz əldə olunmuş CQBK (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilmişdi. TANAP-ın  tikintisinin başa çatması ilə  üçüncü seqment  istifadəyə verildi. Qarşıda yalnız  TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) tamamlanması dayanırdı.

TANAP 2018-ci il iyunun 12-  Azərbaycan, Türkiyə, Serbiya, Ukrayna prezidentlərinin,  Şimali Kipr xalqı liderinin  digər rəsmi şəxslərin iştirakı ilə  istifadəyə verildi. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı vaxt - həmin il iyunun 30-da başlandı.

Fəaliyyətə başladığı vaxtdan indiyədək bu kəmərlə  29 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub. Bu barədə cari il iyunun əvvəlində keçirilən  Bakı Enerji Forumunda məlumat verilib. Bildirilib ki, həmin həcmin  6,8 milyard kubmetri bu il ixrac  edilib. İlin yekununda TANAP-la 16 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulub.

TANAP Azərbaycanla Tükiyənin birgə layihəsidir. Onun  salnaməsi qısa  olsa da, zəngin maraqlıdır. Belə ki, layihə ilə bağlı Azərbaycan Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də imzalanıb. Boru kəməri sisteminə dair sazişə isə 2012-ci il iyunun 26-da İstanbulda imza atılıb   sənəd hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da Azərbaycan Türkiyə siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP-ın tikintisi ilə bağlı razılıq əldə edilib. Qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm danışıqlar aparılıb, TANAP-ın TAP-ın  inşasına dair sənədlər imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. İstifadəyə verildiyi vaxtdan təxminən ilyarım sonra - 2019-cu il noyabrın 30-da  TANAP-ın qazı  Avropa sərhədinədək çatdıran ikinci fazasının çəkilişi  yekunlaşıb.

TANAP-ın işə düşməsi mühüm tarixi hadisə kimi dəyərləndirilir. Çünki bu, Azərbaycanın təkcə neft diyarı deyil, həm qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi. TANAP Azərbaycan Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən unikal layihə olduğuna görə, bu  birliyi qardaşlığı  bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev kəmərin əhəmiyyəti barədə belə demişdir: "TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür".

 

TANAP təkcə region  üçün deyil, Avropa məkanı ücün mühüm əhəmiyyət daşıyır. Çünki o, Xəzərin sahilindən  başlayaraq  Adriatik dənizinin sahilinə,  İtaliya  torpağınadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ən böyük hissəsidir. Bu dəhlizi  yaradan üç kəmərin ikincisi olması    TANAP-ın dəyərini  daha aydın  əks etdirir. Belə ki,  TANAP Gürcüstan-Türkiyə  sərhədində genişləndirilmiş CQBK  ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a  qovuşur. Təsadüfi deyil ki, bu boru xəttini  möhtəşəm "Cənub qaz dəhlizi"nin  birləşdirici halqası, onurğa sütunu  adlandırırlar.

 

TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına çatır.  Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir.

 

2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan  qazını TAP-a ötürmək üçün hazır vəziyyətə gətirilib. Həmin  il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin əhəmiyyətini belə vurğulayıb: "TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, BosniyaHerseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür. Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir. TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb".

Xatırladaq ki, TANAP-ın səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi" QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş."yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi bp şirkətinə məxsusdur.

2020-ci il  dekabrın  31-dən  Azərbaycan qazı artıq Avropaya da  nəql olunur. Qeyd olunduğu kimi, TAP kəməri bu qitəyə daşıdığı mavi yanacağı məhz TANAP-dan qəbul edir . Hazırda TANAP-ın  mövcud ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir. Xatırladaq ki, ilkin mərhələdə kəmərin nəql etdyi bu həcmdə Azərbaycan qazının 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri isə Türkiyə üçün  nəzərdə tutulub.

Zaman  "Cənub qaz dəhlizi"nin genişləndirilməsinin vacibliyini  gündəmə gətirib. Avropadakı istehlakçıların mavi yanacağa tələbatının artması ilə TAP-ın genişləndirilməsinə ehtiyac yaranıb.  Bununla yanaşı, CQBK-nın  və TANAP-ın  genişləndirilməsi də gündəmə gəlir. Yəni Azərbaycan qazına tələbat çoxaldıqca onun nəqli ilə bağlı infrastrukturun potensial tələbatın səviyyəsinə gətirilməsi  də zəruri məsələyə  çevrilir.  Azərbaycanın qaz hasilatı da artır. Yaxın  gələcəkdə  təkcə "Şahdəniz"dən deyil, işlənməkdə olan  digər yeni yataqlardan  alınacaq  mavi yanacaq da   ixrac  ediləcək. Deməli, TANAP-ın əhəmiyyəti getdikcə artır.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 12 iyun.- S.1;8.