Qardaşlığın zirvəsi

 

 

Cənubi Qafqazın yeni təhlükəsizlik konsepsiyası sayılan Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür

 

 

 

İyunun 15-də iki qardaş ölkə - Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olur.

Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imza atdığı bu bəyannamə bu il fevralın 1-də Azərbaycan parlamenti, fevralın 4-də isə Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən ratifikasiya olunub.

Bəyannamənin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanması tarixi hadisə idi. Çünki tarixi köklərə dayanan əlaqələr Şuşa Bəyannaməsi ilə bir daha təsdiqini tapdı. Vətən müharibəsinin başladığı ilk günlərdən Türkiyənin Azərbaycanın yanında olduğunu elan etməsi, ölkəmizə birmənalı dəstəyi bu tarixi sənədlə strateji müttəfiqlik zirvəsinə daşındı. Bəyannamə Azərbaycan və Türkiyə arasında ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki müttəfiqlik, əlaqələrin genişləndirilməsi, imkan və potensiallarının birləşdirilməsini nəzərdə tutur.

Tarixi gündə imzalanan mühüm sənədin əhəmiyyətini dəyərləndirən ekspertlər də birmənalı şəkildə qeyd edirlər ki, iki qardaş ölkə arasındakı münasibətlər bu gün ən uca zirvəyə yüksəlib. 

 

 

 

Münasibətlər hər sahədə yüksək səviyyəyə çatıb

 

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə qəzetimizə açıqlamasında deyib ki, Şuşa Bəyannaməsi Azərbaycan Türkiyə münasibətlərinin yeni, daha yüksək zirvəsidir. Deputatın sözlərinə görə, bu bəyannamə hər iki ölkənin münasibətlərinin möhkəm qardaşlıq, müttəfiqlik, bütün məsələlərin birgə həlli praktikasıdır: "Vətən müharibəsində qələbə qazanmağımızda Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstək verməsinin çox böyük əhəmiyyəti var idi. Bu sənədlə isə dövlətlər arasında münasibətlər hər sahədə daha yüksək səviyyəyə çatıb".

 

Aydın Mirzəzadə vurğulayır ki, Azərbaycan və Türkiyə son 30 il ərzində çoxsaylı nümunələrlə dostluq və qardaşlıqlarını sübut edə biliblər. Bəyannamədə bu nüansların qeyd edilməsi iki dövlət arasında münasibətlərin daha da dərinləşdiyini və bunun sonrakı əlaqələr üçün əsas olduğunu göstərir. Eyni zamanda müqavilədən ötən bir il ərzində də bu müttəfiqlik özünü müxtəlif sahələrdə göstərib və göstərməkdə davam edəcək.

 

Deputat sənəddə nəzərdə tutulan hərbi təhlükəsizlik məsələlərindən də söz açıb. O qeyd edir ki, sənəddə nəzərdə tutulduğu kimi iki ölkənin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsi, birgə təlimlərin keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması həyata keçirilir. Eyni zamanda iki qardaş ölkənin silahlı qüvvələrinin müasir standartlara uyğun olaraq yenidən formalaşdırılması istiqamətində birgə işlər görülür.

 

 

 

Qardaşlıq hisslərinə dayanan müttəfiqlik

 

 

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qeyd edib ki, Şuşa Bəyannaməsinin kökündə Azərbaycan-Türkiyə təbii müttəfiqliyi durur, amma müttəfiqlik bu bəyannamə ilə başlamayıb.

 

Deputat vurğulayır ki, bir xalqın digərinə yanaşması sənədlərdə qeyd olunmaqla formalaşmır. İlk növbədə həmin xalqların bir-birinə necə yanaşması, həmin dövlətlərə rəhbərlik edənlərin həmin ölkənin xalqlarına, həmkarlarına necə yanaşmasından qaynaqlanır. Azərbaycanda Türkiyə bayrağı, dövlət rəmzlərinə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana münasibətin necə olduğu heç kəsə sirr deyil.

 

Deputat bu müttəfiqliyin kökündə qardaşlıq hissinin dayandığını deyir: "Bəyannamədən ötən bir il göstərdi ki, müttəfiqliyimiz başqa reallığı da üzə çıxarıb. Azərbaycanın işğaldan azad edilən torpaqlarında - Qarabağda, Şərqi Zəngəzurda yeni region qurulurbu regionda Azərbaycanla Türkiyənin iradəsi, istəyi xaricində başqa nəsə reallaşa bilməz. Bunu artıq qlobal güclər, regionun böyük dövlətləri də anlayırlar".

 

Sahib Alıyev Şuşanın həm də regiondakı geosiyasi mərkəz rolunu oynadığını vurğulayıb: "Təbii ki, bu birillik təcrübəyə dayanaraq bu sənədi alqışlayıram və bu müttəfiqliyin həmişə örnək səviyyədə saxlanılacağına əminəm".

 

 

 

Bu sənəd Cənubi Qafqazda sülhə, ümumi rifaha mühüm töhfə verəcək

 

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir oğlu Azərbaycan və Türkiyə əlaqələrini rəsmi müttəfiqlik münasibətləri kimi təsdiqləyən Şuşa Bəyannaməsindən 1 il ötdüyünübu sənədin imzalandığı günə qədər  mövcud olan reallıqların rəsmi ifadəsi olduğunu qeyd edir.

 

Deputatın sözlərinə görə, bu tarixə qədər də Azərbaycanla Türkiyə arasında ən yaxın müttəfiqlik münasibətləri mövcud olub. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, dünyada Azərbaycan Türkiyə qədər bir-birinə səmimi dostluq, qardaşlıq münasibəti bəsləyən digər iki dövləti tapmaq qeyri-mümkündür. Azərbaycan və Türkiyə münasibətləri digər ölkələrin bir-biri ilə əlaqə qurması və inkişaf etdirməsi üçün örnəkdir. Elşad Mirbəşir oğlu hesab edir ki, ötən il imzalanan bəyannamə iki ölkə arasında mövcud olan münasibətlərdəki müttəfiqlik elementlərini rəsmiləşdirib. İki dövlət arasında əlaqələr həmişə bütün istiqamətlərdə dinamik inkişaf edibbu münasibətlərin kökündə olduqca vacib elementlər dayanır. Bu elementlər ümumi tarix, mədəni identiklik, din amilləri ilə daha da zənginləşir.

 

Deputat xatırladıb ki,  qardaş Türkiyə Ermənistanın işğalçılıq siyasətini dünyanın ən mötəbər tribunalarından daim pisləyib, bu işğalçılıq siyasətinə son qoymağa çağırıb. Azərbaycan da Türkiyənin maraqlarını öz maraqları kimi hər zaman inamla müdafiə edib: "Məsələn, 2019-cu ildə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş tədbirdə Türkiyə tərəfi təmsil olunmurdu. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti həmin dövrdə Ermənistan Prezidenti Sarkisyanın Türkiyənin ünvanına səsləndirdiyi əsassız ittihamlara sərt şəkildə cavab verdi. Prezident İlham Əliyev bildirdi ki, Türkiyə burada təmsil olunmur, amma mən buradayam".

 

Deputat vurğulayır ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyubbu sənəd bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməklə yeni səhifə açıb. Xüsusilə təhlükəsizlik, hərbi əməkdaşlıq sahəsində yeni istiqamət üzrə addımlar atılır: "44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə Azərbaycana böyük səmimiyyətlə siyasi və mənəvi  dəstəyini ifadə etdi. Bunun ardınca Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın da yeni perspektivlərini açmış oldu. Bu bəyannamə iki ölkənin ordusunda birgə təlimlərin keçirilməsi, Türkiyədəki təlimlərdə Azərbaycan hərbi heyətinin iştirak etməsi, gələcəkdə birgə təlimlərin daha geniş miqyasda təşkil olunması ətrafında müzakirələrin aparılması, müdafiə, hərbi-texniki əməkdaşlıq sahəsində Azərbaycan və Türkiyə münasibətlərinin yeni platforması rolunda çıxış etməkdədir".

 

Deputatin fikrincə, bu sənəd bütövlükdə Cənubi Qafqazın yeni  təhlükəsizlik konsepsiyası  kimi də qiymətləndirilə bilər, çünki regionda Azərbaycan və Türkiyə müttəfiqliyi prosesləri tam nəzarətdə saxlamağa, ədalətli məcraya yönəldərək inkişaf etdirməyə qadirdir. İki ölkə Cənubi Qafqazda hər zaman təhlükəsizliyi, əməkdaşlığı, sabitliyi təşviq edir, münasibətlərin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qalxması isə regionda sülhə, ümumi rifaha öz töhfəsini verəcək.

 

 

 

Şuşa Bəyannaməsi ordunun döyüş potensialını artıracaq

 

 

 

Hərbi ekspert Ədalət Verdiyev qəzetimizə açıqlamasında deyib ki, tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında ən mühüm əhəmiyyətli sənəddir. Onun sözlərinə görə, müqavilə hər iki ölkə arasında birgə əməkdaşlığı, fəaliyyəti, siyasi əlaqələri, iqtisadi və hərbi əməkdaşlığı əhatə edir.

 

Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qədər qaldırdı. Ekspert qeyd edir ki, sənəd Ermənistanda bu gün meydanlarda görünən revanşist qüvvələrdən tutmuş, bir çox qonşuqeyri-regional dövlətlər üçün mühüm siqnal hesab edilə bilər: "Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri, o cümlədən Azərbaycanın ərazi bütövlüyününonun sərhədlərinin toxunulmazlığı haqqında Türkiyənin daim Azərbaycanın yanında yer alacağı barədə beynəlxalq ictimaiyyəti də məlumatlandırır. Məhz Şuşa Bəyannaməsi sayəsində Azərbaycan Silahlı Qüvvələri bu gün Türkiyə ordu modelinə keçidi uğurla reallaşdırır".

 

Ədalət Verdiyev vurğulayır ki, Təhlükəsizlik şuralarının birgə iclas keçirmələri isə dünyada rast gəlinməyən unikal hadisədir: "Bundan başqa, Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində ciddi addımlar atılır. Türkiyənin əldə etdiyi nailiyyətlərdən Azərbaycanın da müdafiə sənayesinin yararlanması gözlənilir. Artıq Türkiyə pilotsuz uçuş aparatlarının Azərbaycanda istehsalı barədə razılıq əldə olunub".

 

Hərbi ekspert bildirir ki, Şuşa Bəyannaməsi sayəsində Azərbaycan Silahlı Qüvvələri döyüş potensialını daha da artıracaq, regionda yaranmış yeni reallıqları rəqiblərə həzm etdirmək üçün daha geniş imkanlar əldə edəcək. Bunu may ayında keçirilən "Teknofest Azərbaycan" festivalı da bir daha sübut etdi. Bəyannamə paralel olaraq bütün sahələrdə, o cümlədən Türkiyə Azərbaycan ordularının imkanlarının birləşdirilməsini inteqrasiyasını təmin edəcək.

 

İki qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, eyni zamanda 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqliyi təsdiq edən Şuşa Bəyannaməsi "bir millət - iki dövlət"in bütün sahələrdə birliyini, müttəfiqliyini göstərir. 9 fevral 1994-cü ildə imzalanmış "Azərbaycan Respublikası Türkiyə Respublikası arasında dostluq hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni "Azərbaycan Respublikası Türkiyə Respublikası arasında əməkdaşlıq qarşılıqlı yardım haqqında Protokol"u, eləcə 16 avqust 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutan tarixi sənəd müxtəlif adlar altında olsa da gələcəkdə əhəmiyyətini itirməyərək Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin daim zirvədə olacağının təsdiqidir.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 14 iyun.- S.4.