İkitərəfli saziş Rusiya KİV-ində Ermənistanın antiazərbaycan
siyasəti üçün ciddi problem yaradacaq
İkitərəfli saziş Rusiya KİV-ində Ermənistanın antiazərbaycan siyasəti üçün ciddi problem yaradacaq.
AZƏRTAC xəbər verir ki, iyunun 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Sazişdə dövlətlərin suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulmasına qarşı yönəlmiş hərəkətlərin qarşılıqlı koordinasiyası; informasiya infrastrukturunun mühüm obyektlərinə kompüter hücumlarının qarşısının alınması, terrorizmin və terrorçu məqsədlərin təbliğinin, dövlətin daxili işlərinə qarışmağın və ictimai asayışın pozulmasının, milli, irqi və dini ayrı-seçkiliyin qızışdırılmasının, irqçiliyin, ksenofobiyanın, separatizmin və ekstremizmin, nifrət və ayrı-seçkilik, zorakılığa və qeyri-sabitlik təbliğinin qarşısının alınması, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələr doğurmuş vəziyyətlər haqqında mötəbər məlumatlar adı ilə açıq-aşkar yalan məlumatların yayılmasının yolverilməzliyi və s. nəzərdə tutulur.
Bu Sazişin imzalanması təhlükəsizliyin və sabitliyin dəstəklənməsi, suverenliyə, ərazi bütövlüyünə, təhlükəsizliyə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, mübahisələrin və münaqişələrin dinc yolla nizamlanması, güc və hədə tətbiq edilməməsi, bir-birinin daxili işlərinə qarışmamaq, insan haqlarına və əsas azadlıqlara riayət edilməsi məqsədlərindən irəli gəlib.
Saziş,
öz növbəsində, informasiya və kommunikasiya
texnologiyalarından istifadə edilməklə separatizmə,
ekstremizmə qarşı mübarizə, vətəndaşların
təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq
üçün zəmin olacaq.
Qarabağda nizamlanmış münaqişə, regionda
sülhün və sabitliyin
bərqərar olması ilə əlaqədar Rusiya
KİV-lərində yer alan
qərəzli informasiyaların qarşısının
alınması baxımından bu Saziş Azərbaycan üçün
böyük aktuallıq kəsb edir.
Azərbaycan.-
2022.- 25 iyun.- S.2.