"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VIQD nömrəli Qanununun tətbiqi və  Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2006-cı il  6 mart tarixli 377 nömrəli, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik  edilməsi   barədə"    Azərbaycan    Respublikasının    2022-ci  il  13 may tarixli 530-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək  məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 9.1-ci maddəsində "orqan (qurum)" dedikdə  Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 228; 2009, ¹ 11, maddə 883; 2013, ¹ 6, maddə 631; 2016, ¹ 9, maddə 1467; 2017,  ¹ 5,  maddə  756;  2018,  ¹ 2,  maddə 185, ¹ 12 (I kitab), maddə 2580; 2019,  ¹ 2, maddə 231, ¹ 4, maddə 653, ¹ 7, maddə 1220, ¹ 8, maddə 1390; 2021, ¹ 7, maddə 740, ¹ 8, maddə 910) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  2.1-ci bəndə "1.0.18-ci,"  sözlərindən sonra "9.1-ci," sözləri əlavə edilsin;

2.2.  2.2-ci bənddən ", 9.1-ci" sözləri çıxarılsın;

2.3.  aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilsin:

"2.1-2. həmin Qanunun 9.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;".

3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499  nömrəli  Fərmanının  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu, 2006, ¹ 12, maddə 1046; 2017, ¹ 9, maddə 1655; 2018, ¹ 5, maddələr 953, 970) 2.2-ci bəndindən "9.7.2-ci," sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik  edilməsi   barədə" Azərbaycan    Respublikasının 2022-ci il 13 may tarixli 530-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2022-ci il

 

Azərbaycan.- 2022.- 29 iyun.- S.9.