Milli Məclisdə
Mozambik parlamentinin deputatı ilə görüş keçirilib
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin
sədri Adil Əliyev Mozambik parlamentinin deputatı Telmina Manuel Paixao Pinho Pereira ilə görüşüb.
Qonağı salamlayan vitse-spiker ölkələrimiz arasında
diplomatik əlaqələrin
yaranmasından söz
açaraq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarda münasibətlərimizin
milli maraqlarımıza
uyğun inkişaf etdiyini qeyd edib. O, qonağın Qoşulmama
Hərəkatı Parlament
Şəbəkəsinin Bakı
Konfransında iştirak
etmək məqsədilə
ölkəmizə səfərini
yüksək qiymətləndirərək
Azərbaycanın 2019-cu ildən
bu hərəkata liderlik etməsindən bəhs edib. Adil Əliyev bildirib ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri
cənab İlham Əliyevin təşəbbüsləri
ilə Hərəkat tərəfindən dünyada
əməkdaşlığın və təhlükəsizliyin
təminatı üçün
mühüm addımlar
atılıb.
Vurğulanıb ki, möhtərəm Prezident
İlham Əliyevin
COVİD-19 böhranı ilə
əlaqədar Qoşulmama
Hərəkatı Təmas
Qrupunun zirvə toplantısının çağırılması,
BMT Baş Assambleyasının
COVİD-19 ilə mübarizəyə
həsr edilən xüsusi sessiyasının
keçirilməsi kimi
uğurlu qlobal təşəbbüsləri beynəlxalq
ictimaiyyət tərəfindən
də böyük rəğbətlə qarşılanıb.
Vitse-spiker Azərbaycan
Prezidentinin təşəbbüsü
ilə 2021-ci ilin noyabrın 28-də İspaniyanın
paytaxtı Madrid şəhərində
Qoşulmama Hərəkatının
Parlamentlər Şəbəkəsinin
təsis iclasının
keçirilməsindən, iclasda
Milli Məclisin sədri Sahibə Qafarovanın təsis edilən parlament şəbəkəsi ilə
bağlı geniş məlumat verməsindən
danışıb. O, “Dünyada
sülhün və dayanıqlı inkişafın
təşviqində milli
parlamentlərin rolunun
gücləndirilməsi” mövzusuna
həsr edilən Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin
Bakı Konfransını
yüksək dəyərləndirərək
tədbirlə bağlı
fikirlərini bölüşüb.
Görüşdə vitse-spiker
Azərbaycanın 44 günlük
müharibədə şanlı
qələbə əldə
edərək 30 ilə
yaxın Ermənistanın
işğalı altında
qalan torpaqlarını
azad etməsi, müharibədən sonra qalib Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, Ermənistandakı
revanşist dairələrin
pozucu fəaliyyətləri
barədə məlumatları
qonağın diqqətinə
çatdırıb.
Səmimi qəbula
görə minnətdarlığını
bildirən Mozambik parlamentinin deputatı Telmina Manuel Paixao Pinho Pereira öz növbəsində ölkə
parlamentinin sədrinin
salamlarını çatdırıb və ölkələrimiz arasında
münasibətlərin parlamentlər
səviyyəsində də
inkişafında maraqlı
olduqlarını qeyd edib. O, Azərbaycanın təşəbbüsü ilə
yaradılmış Qoşulmama
Hərəkatı Parlament
Şəbəkəsinin vacib
təsisat olmasına toxunaraq ölkəmizin atdığı humanitar addımları yüksək
qiymətləndirib. Eləcə də,
uzun illərdən sonra regiona sülhün
gəlməsini və
Azərbaycanın sülhü
dəstəkləyən ölkə
olmasını qeyd edərək münasibətlərimizin
gələcək inkişafı
ilə bağlı inamını bildirib.
Görüşdə tərəfləri maraqlandıran
digər mövzular barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2022.- 30 iyun.- S.6.