Azərbaycanın xarici işlər
naziri və Birləşmiş
Krallığın Avropa məsələləri
üzrə naziri regional
məsələləri müzakirə ediblər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun martın 1-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, tərəflər regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.Təhsil naziri gənclərin xaricdə təhsili ilə bağlı sualları cavablandırıb
Martın 1-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Dövlət Proqramı haqqında ətraflı məlumat verib. Emin Əmrullayev bildirib ki, proqram çərçivəsində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2 min nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması təmin ediləcək. Dövlət Proqramının prioritet ixtisas sahələrini qeyd edən təhsil naziri proqram çərçivəsində xaricdə oxumaq istəyənlərin artıq indidən müraciət edə biləcəyini vurğulayıb. Qeyd edib ki, xaricdə təhsil almaq üçün göndəriləcək gənclərin seçimi zamanı onların digər həmyaşıdlarından istedad və bacarığı ilə fərqləndiyinə diqqət ediləcək. Həmçinin seçim zamanı magistratura səviyyəsi üzrə namizədlərə üstünlük veriləcək.
Emin Əmrullayev deyib ki, Dövlət Proqramının tələb olunan alətlər, proseslər və digər vasitələrlə uğurlu icrası üçün onun beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar üzrə monitorinqi və qiymətləndirilməsi aparılacaq. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.
Nazir vurğulayıb ki, əsas məqsəd bu təqaüddən ölkəmizin inkişafına töhfə vermək istəyən gənclərin yararlanmasıdır.
Qeyd edək
ki, “Gənclərin xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli
Sərəncamı ilə təsdiq edilib.
Dövlət Proqramının əsas məqsədi
gənclərə xarici ölkələrin
nüfuzlu ali təhsil
müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan
Respublikasının gələcək inkişafını təmin
edəcək və qlobal
çağırışlara cavab verəcək
müasir texnologiyaları
çevik mənimsəyən, praktiki bilik və
bacarıqlara yiyələnən, müasir
və gələcək əmək bazarının tələblərinə
cavab verən rəqabətqabiliyyətli və
yüksəkixtisaslı peşəkar kadrlar
kimi hazırlanmasını təmin etməkdir.
Azərbaycan.- 2022.- 2 mart.- S.2.