İlham Əliyev Azərbaycanın gücünə güc qatır

 

Ölkəmizin Cənubi Qafqazda şəriksiz lider və ən fəal aktor olduğu təsdiqlənib

 

Mövcudluğu tarixində heç zaman indiki kimi güclü, güvənli, istiqrarlı olmayan Azərbaycan cəmi 31 ildə bu cür imkanlara malik olan dövlətə çevrilib. Lakin buna baxmayaraq dövlətin daha da qüdrətlənməsi, dünyada söz sahibinə çevrilməsi istiqamətində düşünülmüştam müstəqil siyasət yürüdən İlham Əliyev milli maraqlara əsaslanan siyasəti ilə Cənubi Qafqazda yeni reallıqlar yarada bilib. Bu gün isə həmin reallıqlar əsasında yeni əməkdaşlıq formatları yaranır.

Bu əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın ötən ilin iyununda qardaş Türkiyə ilə Şuşa Byannaməsi, bu il fevralın 22-də isə Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalaması ölkələr arasında müttəfiqlik münasibətlərinin inkişafında, əlaqələrdə yeni mərhələnin başlanmasında əhəmiyyətli rol oynayacaq. 

 

Geosiyasi, geoiqtisadi baxımdan Azərbaycanın maraqlarına cavab verən sənəd

 

Müstəqilliyinin bərpasından ötən 31 ildə  böyük uğurlar qazanan Azərbaycan bu qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş dövlətə çevrilib. Bunun yeganə səbəbi isə əlbəttə ki, İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir. Ölkəyə rəhbərlik etdiyi 19 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Bu qısa zaman ərzində Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözümövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən İlham Əliyevin yürütdüyü siyasət onun ölkənin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İlham Əliyev prezidentlik fəaliyyətinin qürurverici hesabatını söyləyərkən bir məqamı çox doğru vurğulayır ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur.

Son günlər ölkənin siyasi gündəmini zəbt edən məsələ isə Rusiya ilə Azərbaycan arasında imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”dir.

İlham Əliyevlə Vladimir Putinin imzaladıqları bu tarixi sənəd birmənalı olaraq təqdir edilməlidir. Çünki müttəfiqlik bəyannaməsinin 43 bəndini nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycan-Rusiya əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yalnız yüksələn xətlə inkişaf edəcək. Belə vəziyyət öz növbəsində mövcud geosiyasi, geoiqtisadi reallıqlar baxımından hər iki dövlətin maraqlarına tam cavab verir.

Bəyannamənin bəndlərində də açıq şəkildə qeyd edilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.

Rusiya və Azərbaycan tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozanya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

Ümumiyyətlə, Azərbaycan dövlətinin xarici siyasətində qonşularla əlaqələrin yeni prioritetlər üzrə inkişafı əsas yer tutur. Azərbaycan-Rusiya münasibətləri də tarixi köklərə malikdir. Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər münasibətlərimizin inkişafında yeni mərhələnin başlanmasında stimulverici amildir. İki qonşu ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında, həmçinin dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı yüksək etimad mühiti əhəmiyyətli rol oynayır.

Bu gün Qoşulmama Hərəkatının üzvüonun fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür və respublikamızın digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib.

Prezident İlham Əliyev daim bu reallığı önə çəkir ki, hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərinin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, çox konstruktiv, düşünülmüş siyasət apararaq Ermənistan istisna olmaqla bütün qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan maksimum faydalanır. Məlumdur ki, müasir dövrdə həm regional təhlükəsizliyin təmin olunması, həm də nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli xeyli dərəcədə qonşularla münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan əminliklə deyə bilərik ki, qədim dostluqmehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir.

 

245 sənəd, 3,4 milyard dollara çatan qarşılıqlı əmtəə dövriyyəsi

 

Bəyanatın digər bəndlərində iki ölkə arasında ticarət əlaqələrinin daha da yüksəlişi təsbit olunub. Ticarət-iqtisadi əlaqələrin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım davam etdiriləcəkdir.

Həmçinin tərəflər davamlı inkişafa və hər iki dövlətin iqtisadi potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verərək iqtisadi islahatların həyata keçirilməsində qarşılıqlı fəaliyyət göstərəcək, iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 1 sentyabr 2018-ci ildə imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planının realizə edilməsinə, əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılmasına, eləcə də regional iqtisadi əməkdaşlığın irəlilədilməsinə yardımçı olacaqlar.

Bu bəyanat Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalandı. Bu müddət ərzində iki ölkə arasında çox geniş müqavilə-hüquq bazası vardır. İndiyədək tərəflər arasında 245 sənəd imzalanıb.

Ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadihumanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Hər iki ölkə möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla münasibətləri bundan sonra da hərtərəfli inkişaf etdirmək əzmindədir.

Təkcə 2021-ci ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb və təqribən 3,4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir.

Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tezliklə növbəti iclasını keçirəcək. Həmçinin energetika, kənd təsərrüfatı və bir sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi üçün Rusiya Azərbaycana işgüzar missiyalarını göndərməyi planlaşdırır. Bununla yanaşı, Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar, Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdır.

Sənayedə də səmərəli tərəfdaşlıq qurulub. Ötən il kommersiyaxüsusi təyinatlı avtomobillərin istehsalı üzrə “QAZ qrupu” ilə “Azərmaş”ın müştərək zavodu açılıb. Rusiyanın iştirakı ilə Azərbaycan dəmir yollarının və Bakı Metropoliteninin qatarları texniki cəhətdən yenilənir. Azərbaycanda “KamAZ” birgə servis mərkəzi tikilir.

Rusiya və Azərbaycan arasında tibb və əczaçılıq sahəsində də əməkdaşlıq aktivləşib. Ölkələrimiz koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərirlər. Pandemiyanın ən kəskin dövründə Rusiyanın aparıcı tibb müəssisələrinin mütəxəssis briqadaları azərbaycanlı həkimlərə köməyə göndərilib. RespublikayaSputnik V” vaksinlərinin tədarükü təşkil olunub.

 

Hərbi əməkdaşlıq gücləndiriləcək, münasibətlər tamamilə yeni mərhələyə yüksələcək

 

Bəyannamədə hərbi əməkdaşlıq məsələləri də öz əksini tapıb. Sənədin 3 bəndində göstərilir ki, tərəflər silahlı qüvvələr arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əlaqələri dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.

Hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər və bu proses davam etdiriləcək.

Həmçinin hər iki ölkə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.

İmzalanan bəyannamə hər iki dövlətin milli maraqları baxımından olduqca aktualdır. 43 maddədən ibarət olan, hərbi-siyasi və sosial-iqtisadi, humanitar sahələri nəzərdə tutan belə bir mühüm sənədin imzalanması Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq. Bu müttəfiqlik yeni dünya kontekstində Azərbaycanı öz müttəfiqləri ilə birlikdə güc mərkəzlərindən birinə çevirəcək və uzunmüddətli sülhə gətirib çıxaracaq.

Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur.

Türkiyə Respublikası ilə ötən il imzalanan Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi də Azərbaycanın müstəqilliyinə, suverenliyinə, təhlükəsizliyinə növbəti dəstəkdir. Bununla da Azərbaycan postsovet məkanında bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanan yeganə ölkəyə çevrilir.

Sənədi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb ki, bəyannamə regionda yeni reallıqlar, yeni imkanlar yaradacaq. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionundaAvrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da həlledici töhfə verəcəklər.

Beləliklə, regionun ən qüdrətli dövləti olan Azərbaycan daha bir müttəfiqi ilə mühüm sənəd imzalayaraq gücünə güc qatdı. Regiondadünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, dünyanın bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu, İlham Əliyev diplomatiyasının növbəti uğurudur. 30 illik Qarabağ həsrətinə son qoyan, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən qalib komandan siyasət meydanında da qələbələri sıralayır. Əminliklə demək olar ki, Azərbaycan İlham Əliyevlə daha möhtəşəm gələcəyə doğru inamla addımlayır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 2 mart.- S.1; 3.