Növbəti “Xarıbülbül” festivalının vaxtı açıqlanıb

 

Şuşa İlinin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Mədəniyyət Nazirliyi Mediakommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib.

O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev FonduŞuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: "İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “MuğamTeleviziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur".

 

Azərbaycan.- 2022.- 2 mart.- S.7.