İnformatika
fənninin qəhrəmanları Azərbaycana növbəti
uğurlar qazandırıblar
“Azercell”in dəstəyilə
hazırlıq keçən şagirdlər daha 4 medala sahib
olublar
Məktəblilərimiz beynəlxalq
olimpiadalarda yeni uğurlara imza atmağa davam edirlər. Bu dəfə
Azərbaycan məktəbliləri Qazaxıstanda təşkil
olunan XVIII Beynəlxalq Jautikov Olimpiadasında biliklərini
sınayaraq yüksək nəticələr əldə ediblər.
35 məktəbli ilə təmsil
olunan komandamız mötəbər elm yarışında
ümumilikdə 15 medal qazanıb. Bu medallardan 4-ü informatika
fənni üzrə ölkəmizi təmsil edən məktəblilərin
payına düşüb. Belə ki, Heydər Əliyev
adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Səid
Nəsibov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki
Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova, Təhsil Nazirliyinin
tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin 11-ci sinif şagirdi Fuad Qarayev, Balakən rayonu Qazbinə
kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev
isə bürünc medala sahib olublar.
Xatırladaq ki, 2017-ci ildən etibarən
məktəblilərimizin informatika fənni üzrə beynəlxalq
olimpiadalara hazırlıq prosesi “Azercell”in Təhsil Nazirliyi və
İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı
çərçivəsində həyata keçirilir.
“Bağlantını
asanlaşdırır, həyatı daha dolğun edirik” strateji
məqsədinə sadiq “Azercell” fəaliyyətə
başladığı gündən ölkədə təhsil
və maariflənmənin inkişafına, o cümlədən
informasiya və kommunikasiya texnologiyaları sahəsində
mütəxəssislərin yetişdirilməsinə
böyük önəm verir. Milli komandaların informatika fənni
üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində
məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və
müsabiqələrdə uğurla çıxış edərək
1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla,
ümumilikdə 34 medal əldə ediblər.
Azərbaycan. - 2022.- 2 mart.-
S.8.