“Zəngin hövzələr” layihəsi çərçivəsində
qızılbalıq körpələri dənizə
buraxılıb
Martın 2-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Zəngin hövzələr” layihəsi çərçivəsində Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş qızılbalıq növündən olan 45 min balıq körpəsinin Xəzər dənizinə buraxılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ETSN-in Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodu tərəfindən sahilyanı dəniz akvatoriyasında quraşdırılmış tor qəfəslərdə yetişdirilən qızılbalıq körpələrinin müntəzəm olaraq suya buraxılması nəsli kəsilməkdə olan həmin dəyərli növün təbii populyasiyasının artırılmasını hədəfləyir.
Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir. “Zəngin hövzələr” layihəsi də balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Xatırladaqki, “Zəngin hövzələr” layihəsinə
2020-ci ilin may ayında
start verilib. Təkcə 2021-ci ildə
6 milyona yaxın müxtəlif
növ
balıq
körpəsi su hövzələrinə
buraxılıb.
Azərbaycan.- 2022.- 3 mart.- S.4.