Ermənilər xofdadırlar: “İlham Əliyev nəyi necə və nə vaxt etmək lazım olduğunu çox yaxşı bilir

 

Müttəfiqlik Bəyannaməsinin imzalanması Ermənistanda hələ də məyusluqla və böyük qorxu ilə qarşılanır

 

Ötən həftə Prezident İlham Əliyevin Rusiyaya etdiyi rəsmi səfər, imzalanan Müttəfiqlik Bəyannaməsi Azərbaycanla bu ölkə arasında münasibətlərin mehriban qonşuluqdostluq prinsiplərinə söykənərək inkişaf etdiyini göstərdi.

Ən əsası bir daha təsdiq olundu ki, bu münasibətlər həm də strateji xarakter daşıyır və Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır.

 

Qalib yenə İlham Əliyev oldu

 

Bütün bunlar müstəqil dövlətçiliyini qura bilməyən məğlub Ermənistanda hələ də böyük narahatlıqla qarşılanmaqdadır. Çünki Ermənistan aydın görür ki, Rusiya, onun dövlət başçısı Azərbaycana, Prezident İlham Əliyevə yüksək səmimiyyətlə yanaşır, İrəvana isə tamam fərqli münasibət göstərir.

Ermənistanın “4rd.am” saytı yazır ki, yaranmış bu vəziyyətdə Rusiya İrəvana əvvəlki diqqət və qayğını göstərmir: “Qalib yenə İlham Əliyev oldu. Prinsipcə, çoxdan aydın idi ki, Rusiya Ermənistanın müttəfiqi və dostu sayıla bilməz. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündəcə çökür. Dünənki dostlar və müttəfiqlər birdən-birə yadlaşırlar. Belə bir inanılmaz və çılğın vəziyyətdə sabah nə olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva müharibədə məğlub olan erməni tərəfinin maraqları ilə hesablaşmadığını göstərmək qərarına gəlib”.

Ermənistanın “İravunk” qəzeti isə yazır ki, İlham Əliyevin Moskvaya səfəri hər zaman olduğu kimi, İrəvanı daha sürətlə Moskva üçün arxa plana itələyir: “Bunun səbəbləri çox sadədir. Rəsmi İrəvan, əslində, Rusiyaya qarşı hansısa addım atmadığını, Qərblə gizli sövdələşmələrə getmədiyini bəyan etsə də, real vəziyyət bunun tamam əksini göstərir. Məhz bu səbəbdən Moskva İrəvana qarşı qəzəblidir. Moskva qəzəbini, əslində, müxtəlif formada ifadə etməyə başlayıb. Ermənistanda müharibədəki məğlubiyyət, iqtisadi vəziyyətin daha da ağırlaşması bunun bir təzahürüdür. Amma bu hələ başlanğıcdır. Rusiya satdığı enerji daşıyıcılarının qiymətini qaldırsa, onda vəziyyət çox pis olacaq. Amma görünür, Nikol Paşinyan iqtidarı bütün bu reallıqları hesablamaqda çətinlik çəkir. Ona görə də Ermənistanı müsbət nəsə gözləmir. Azərbaycan vəziyyətdən maksimal dərəcədə istifadə etməyə çalışır. Azərbaycan bu gün müharibədəki qələbənin verdiyi əlavə üstünlüklərlə kifayət qədər uğurlu gedişlər etməyi bacarır və Ermənistan bunun ağrısını daha çox hiss edəcək. Görünən odur ki, Azərbaycan Ermənistana növbəti zərbəni Moskvada vurdu”.

 

Paşinyan Moskvaya ancaq hesabat üçün çağrılır”

 

Azərbaycanın Rusiya üçün nə dərəcədə böyük önəm kəsb etdiyiniJoxovurd” qəzetində yayımlanan məqalədəki fikirlər də təsdiq edir. Müəllif vurğulayır ki, Azərbaycanın lideri İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfərində imzalanan Moskva Bəyannaməsi bu iki ölkə arasında münasibətləri çox yüksək qarşılıqlı etimad və faydalı əməkdaşlıq səviyyəsinə çatdırdı: “Müttəfiqlik Bəyannaməsi həm ikitərəfli münasibətlərin, həm də daha ciddi beynəlxalq problemlərin geniş spektrini əhatə edir. İndi, dünya nizamının formatının dəyişdiyini müşahidə etdiyimiz bir vaxtda hər iki ölkə birgə olacaqlar ki, beynəlxalq siyasətdə bu qeyri-sabitlik dövrünü ən az itki ilə başa vursunlar. Bunun üçün müxtəlif istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik, hərbi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığı möhkəmləndirəcəklər. Acı həqiqət olsa da, etiraf edək ki, İlham Əliyev nəyi necə və nə vaxt etmək lazım olduğunu çox yaxşı bilir”.

Erməni siyasi şərhçi Nikol Manukyan bildirib ki, Azərbaycanın dövlət başçısı Rusiyada yüksək hörmət və ehtiramla qarşılanır, Paşinyan isə ən yaxşı halda, sadəcə, hesabat üçün çağırılır: “Hazırda Ermənistanın Rusiya və Qərblə münasibətləri normal deyil. Əvvəllər Ermənistan Rusiyanın himayəsi altında mövcudluğunu davam etdirirdisə, indi Nikol Paşinyan iqtidarının həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərə xeyli zərbə vurub”.

Manukyan onu da əlavə edib ki, 2018-ci ilə kimi Ermənistan Rusiyaya qarşı olduqca loyal münasibətdə idi. Lakin hakimiyyət dəyişikliyindən sonra başqa vəziyyət yaranıb və Ermənistan xəyanət yolunu tutub. Görünür, Paşinyan hansısa bir yolla ölkəsini Rusiyaya qarşı qəti şəkildə düşmən münasibət nümayiş etdirən NATO blokuna inteqrasiya etmək istəyir və yaAzad dünya” hərbi maxinasiyası ilə öz əlaqələrini nümayiş etdirərək Moskvanı gələcək əməkdaşlıq zamanı xüsusi şərtlər üçün sıxışdırmağa çalışır.

 

“Ermənistanda fəlakət davam edəcək”

 

Erməni politoloq, yazar Manvel Qasparyan da deyib ki, bundan əvvəlki görüşlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın işi ilk növbədə Vladimir Putinin təşəbbüslərini izləmək olub. Azərbaycanla Rusiya arasında imzalanan Müttəfiqlik Bəyannaməsi göstərdi ki, baş nazir Nikol Paşinyan Putinin dediklərini dinləməlidir və bunu tərəddüdsüz icra etməlidir. Fakt budur ki, Paşinyanın özündə indi baş verənləri anlaması üçün böyük problemlər var: “Bundan sonrakı dönəmdə baş nazir üçün ən yaxşı taktika Moskvanın təklif etdiyi şeyi etmək olardı. O zaman Ermənistanda vəziyyət nisbətən yaxşı olardı. Əks təqdirdə Ermənistandakı fəlakət davam edəcək”.

Feysbuksosial şəbəkə istifadəçisi Arpine Vahanyanİnfo TV”nin səhifəsində paylaşılan xəbərə verdiyi rəylə diqqət çəkib. Müttəfiqlik Bəyannaməsinə toxunaraq yazıb ki, Ermənistanı və onun liderini Rusiya saymır: “Paşinyan Ermənistanın mənafeyindən irəli gələn hər hansı bir məsələni həll edə bilmir. Əliyev onu istədiyi və bacardığı kimi alçaldır. Əlindən gələni edir. Sadə bir insan həqiqətini deyirəm. Çətin və acı olsa da, qəbul etməyi öyrənin”.

Qeyd olunlardan aydın görünür ki, Paşinyanın xarici siyasəti, əslində, iflasa uğramış vəziyyətdədir və bu hal Ermənistanın yox olan dövlətçiliyinə növbəti zərbədir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 1 mart.- S.1; 5.