Cəmiyyətdə müasirliyin əsas tərəfdarı və təşəbbüskarı

 

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, müstəqilliyinin bərpasının 30 ilini arxada qoyan müasir Azərbaycanın keçdiyi inkişaf yoluna, qazandığı uğurlara bələdçilik edən, ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayından bir il ötür.

Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VII Qurultayında proqram xarakterli çıxışı keçilən yolun aydın mənzərəsini yaradır.

 Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”, - söyləyən Prezident İlham Əliyev bildirir ki, Ümummilli Liderin  siyasi təcrübəsi, bilikləri, xalqımız qarşısında  xidmətləri, hələ Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz Vətəninə, dövlətinə olan sadiqliyi Azərbaycanın mütərəqqi insanlarını  bu dahi şəxsiyyətin ətrafında birləşdirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik edərkən Azərbaycanı keçmiş ittifaq respublikaları arasında ən qabaqcıl diyara çevirən Ümummilli Lider 1993-cü ildə yenicə müstəqilliyini bərpa edən Azərbaycanda xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə ölkəmizi xaosdan, anarxiyadan, özbaşınalıqlardan, vətəndaş qarşıdurmasından, ən əsası müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.

1992-ci ilin 21 noyabrında isə Yeni Azərbaycan Partiyasının yaradılması, Ulu Öndər Heydər Əliyevin  bu partiyaya Sədr seçilməsi,  7 aydan sonra Ümummilli Liderin hakimiyyətə qayıdışı Azərbaycanın, həmçinin YAP-ın həyatında  yeni dövrün əsasını qoydu. Artıq bu il yaradılmasının 30 illiyini qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyası  dəyişməz prinsipləri, sözlə əməl birliyi sayəsində  bu illər ərzində  xalqın sevgisini qazandı, ümumxalq partiyasına çevrildi.  1992-ci il noyabrın 21-də məlum səbəblərdən təsis konfransını müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən YAP-ın sıralarında bu gün 800 minə yaxın üzv birləşir.

Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci ilin prezident və 2020-ci ilin parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş qələbədən sonra ölkədə və regionda yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratdı. Yaranmış yeni reallıqlar iqtidar partiyasında islahatların aparılmasının və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etdi. VII qurultayda qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin vəzifəsinin  təsis olunması və dövlət başçısı, partiya Sədri İlham Əliyev tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini təyin edilməsi  idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir.  YAP-ın gələcək fəaliyyətinin  prioritetlərini açıqlayan yeni qərarların  qarşıya qoyduğu vəzifələr, eyni zamanda partiyanın yeni proqramının  təsdiqlənməsini zəruri bir tələbə çevirdi. Dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev VII qurultayda yeni proqramın hazırlanması ilə bağlı tapşırıqlarını verdi. Demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva edən YAP-ın yeni proqramı partiyanın İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillərdən ibarət olan yeni proqramda  Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı, peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişafkreativlik, elmilik, müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dilidünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlarxarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış kimi bölmələr öz əksini tapıb. Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri proqramda  müəyyən edilib.  Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dilidünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlarxarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış partiyanın əsas hədəfləri sırasındadır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyevin məşhur “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktual olmaqla yanaşı, real həyatda özünü doğruldur. İlk olaraq  Yeni, müstəqil Azərbaycan uğrundadevizi ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının bugünkü hədəflərinə diqqət yetirdikdə Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi zəfərimizdən böyük qürur hissi keçiririk. Bu günümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin  tezliklə başa çatdırılması, soydaşlarımızın Böyük qayıdışını təmin etməkdir. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri  bütün bu işlərdə fəal iştirak edirlər. YAP yeni-yeni hədəflərə söykənərək daim irəli baxır, Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına səy göstərir. Tezliklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan cənnətməkana çevriləcək, doğma yurd-yuvalarına qayıdacaq, bu torpaqlarda yeni həyata başlayacaqlar. YAP-ın yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarları, prinsipləri, hədəfləri və vəzifələri birləşdirir. Yeni Azərbaycan Partiyasına sonsuz inametimad göstərən, həyata keçirdiyi siyasətə böyük dəstək verən xalqımız əmindir ki, bu hədəflərin və vəzifələrin  yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcək. Bu baxımdan ki, YAP möhtəşəm uğurlara, ən yüksək zirvələrə yol açan partiyadır.

 

Vüqar RƏHİMZADƏ,

Yeni Azərbaycan Partiyası Xətai Rayon

Təşkilatının sədri, siyasi elmlər doktoru

 

Azərbaycan.- 2022.- 5 mart.- S.1; 3.