Ənənəvi idman növlərinə
maraq atrır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 5-də Dünya Etnoidman
Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul
edib.
AZƏRTAC xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Söhbət zamanı Bakıda keçirilən “Ənənəvi idmanın dirçəldilməsi” adlı 5-ci Beynəlxalq Etnoidman Forumunun əhəmiyyəti vurğulandı, onun yüksək səviyyədə təşkil olunduğu bildirildi. Xalqımızın ənənəvi idman növlərinə böyük marağının olduğu qeyd edildi.
Görüşdə bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Sonda Bilal
Ərdoğan etnoidman növlərinin və
oyunlarının dünya miqyasında
tanınmasında, kütləviliyinin artırılmasında
xidmətlərinə, ənənəvi idman
növlərinin inkişafı üçün
göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim
fəal dəstəyinə görə Dünya
Etnoidman Konfederasiyasının Ənənəvi
İdman Mükafatları çərçivəsində
“Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə
təqdim etdi.
Azərbaycan.-
2022.-6 mart.- S.1.