Türkiyənin iki naziri Ankaradakı Heydər Əliyev adına orta məktəbdə olublar

 

Türkiyədə “zəlzələ üzrə maarifləndirmə həftəsi” çərçivəsində tədbirlər davam edir.

Martın 1-də start verilən təlimlər ümumilikdə yeddi gün keçiriləcək.

Daxili işlər naziri Süleyman Soylumilli təhsil naziri Mahmut Özer “zəlzələ həftəsi” çərçivəsində Ankaradakı Heydər Əliyev adına orta məktəbdə olub, buradakı təlimləri izləyiblər.

Qeyd edək ki, “zəlzələ üzrə maarifləndirmə həftəsi”nin məqsədi ölkədə, eləcə də təhsil müəssisələrində zəlzələ zamanı davranış qaydalarını izah etmək, təhlükələrdən qorunmaq, riskləri azaltmaq üçün işlər aparmaqdır.

Nazir Süleyman Soylu bildirib ki, 2019-cu ildən başlayaraq üç il ərzində bu çərçivədə ümumilikdə 56 milyon nəfər maarifləndirmə təlimlərinə cəlb olunub.

 

Azərbaycan.- 2022.-6 mart.- S.2.