Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin”.

 

Azərbaycan.- 2022.- 13 mart.- S. 1.