Ceyhun Bayramov: “Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşması üçün
bəzi prinsiplərin çərçivəsini təqdim etmişik”
Azərbaycan nümayəndə heyəti Antalya Diplomatiya Forumunda fəal iştirak edib. Forum ikinci dəfə keçirilməsinə baxmayaraq, beynəlxalq münasibətlər baxımından böyük uğur qazanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yekunları ilə bağlı mediaya açıqlamasında söyləyib.
Azərbaycan
nümayəndələrinin Forum çərçivəsində
keçirilən panel və dəyirmi
masalardakı çıxışlarını, keçirilən
ikitərəfli görüşləri yüksək dəyərləndirən
nazir Ceyhun Bayramov 44 günlük Vətən
müharibəsi nəticəsində torpaqlarımızın
işğalı faktına son qoyulduğunu, bundan sonra bölgədə baş
verən proseslərin inkişaf məcrasını
xatırladaraq deyib: “Ermənistan-Azərbaycan
dövlətlararası münasibətlərinin normallaşması
üçün bəzi prinsiplərin
çərçivəsini təqdim etmişik”.
Azərbaycan.-
2022.- 13 mart.- S.2.