Akrobatlarımızın tarixi uğuru

 

Böyüklər səviyyəsində ilk mundiallarına qatılan idmançılarımızın hədəfi qızıl medaldır

 

Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı davam edir. Yarışların ikinci günü Daniel AbbasovMurad Rəfiyevdən ibarət kişi cütlüyümüz bürünc medala sahib olub. İdmançılarımızın qarışıq hərəkət üzrə final mərhələsində çıxışı 28,270 xalla qiymətləndirilib. Yarışın qalibi ABŞ akrobatları olub - 28,400 xal. Qazaxıstanlı cütlük 28,330 xalla yarışı ikinci pillədə başa vurub.

Mükafatlandırma mərasimindən sonra akrobatlarımız əldə etdikləri nəticənin təəssüratlarını bölüşüblər. Murad Rəfiyev qeyd edib ki, yarışların ikinci günündə əldə olunan mükafat öz-özlüyündə sevindiricidir. “Biz kifayət qədər yaxşı çıxış etdik, əvvəlcədən medal qazanmağı planlaşdırırdıq və hətta finalda bir müddət lider idik. Amma nə isə çatışmadı, daha doğrusu, bizim proqramımızın mürəkkəbliyi müvafiq olaraq qızıl və gümüş medallar qazanan amerikalılardan və qazaxlardan bir qədər aşağı idi. Lakin çempionat hələ bitməyib və cari nəticəni yaxşılaşdırmaq üçün iki günümüz var”, - deyə Murad vurğulayıb.

D. Abbasov isə çempionata kifayət qədər uzun müddət hazırlaşdıqlarını bildirib: “Bu, böyüklər səviyyəsində ilk mundialımız idibiz ona xüsusi bir şəkildə köklənirdik. Bəli, bürünc fəthindən başlamışıq, amma digər iki finalda gümüş və qızıl uğrunda mübarizə aparmaq üçün şansımız olacaq. Qarşıda bizi tempbalans hərəkətləri üzrə çıxışlar gözləyir və əlbəttə ki, öz şanslarımızdan yararlanmağa ümid edirik. Biz qalan müddət üçün proqramı çətinləşdirməyə çalışacağıq”.

Qeyd etmək lazımdır ki, son anadək duetimiz turnir protokolunda ikinci olub, amma sonuncu çıxış edən amerikalı akrobatlar turnirin sahiblərini üçüncü yerə sıxışdıraraq, fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Bu, Azərbaycanın akrobatika gimnastikası tarixində dünya çempionatında qazanılan ilk medaldır. Günün birinci hissəsində həmçinin komanda hesabında qaliblər, eləcə də qarışıq cütlüklər və kişi qrupları üzrə temp hərəkətləri, qadın qrupları arasında balans hərəkətləri proqramları üzrə finalçılar müəyyənləşib.

Komanda hesabı üzrə yarışlarda üç kateqoriya üzrə ən çox - 51 xal yığan Belçika çempionatın qızıl medalına sahib olub. Portuqaliya gimnastları 48 xalla gümüş medal qazanıblar. İlk üçlüyü 46 xalla Böyük Britaniya komandası tamamlayıb.

Temp hərəkətləri üzrə təsnifat mərhələsində ölkəmizi təmsil edən Ağasif Rəhimov və Raziyə Seyidli cütlüyü 29.090 xalla ikinci pillədə yer alaraq finala yüksəlib.

Bu proqramda çıxış edən Sabir AğayevMehriban Salamovadan ibarət digər cütlüyümüz 26.340 xalla doqquzuncu olub.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz, eləcə də Daniel AbbasovMurad Rəfiyevdən ibarət kişi cütlüyümüz martın 13-də balans hərəkətlərində çıxışlarını nümayiş etdirəcəklər.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında qarışıq hərəkətdə beşinci olub. Akrobatlarımızın çıxışı 28.670 xalla qiymətləndirilib. Fəxri kürsünün ən yüksək pilləsində 29.110 xalla Belçika cütlüyü yer alıb. Böyük Britaniya komandası 29.030 xalla gümüş, almaniyalı gimnastlar isə 28.890 xalla bürünc medala sahib olublar.

Bu, Belçika millisinin dünya çempionatında qazandığı üçüncü qızıl medaldır. Bundan əvvəl belçikalı gimnastlar komanda hesabında və qadın qrupların qarışıq hərəkətində də birinci pillədə yer alıblar.

Son olaraq kişi qrupların qarışıq hərəkətdə qalibləri müəyyənləşib. Böyük Britaniya qrupu 29.410 xalla dünya çempionu adını qazanıb. Belçika komandası 29,160 xalla çempionatı ikinci, İsrail qrupu isə 28.430 xalla üçüncü pillədə başa vurublar.

Dünən Milli Gimnastika Arenasında keçirilən yarışların üçüncü günündə 5 final təşkil olunub və idmançılarımız bunlardan ikisində  iştirak ediblər. Daniel AbbasovMurad Rəfiyevdən ibarət kişi cütlüyümüz 28-ci dünya çempionatında daha bir medala sahib çıxıblar. İdmançılarımız temp hərəkətlərinin icrasında hakimlərdən 27.500 xal alaraq bürünc medal əldə ediblər. Birinciikinci yerləri müvafiq olaraq ABŞ və Qazaxıstan təmsilçiləri öz aralarında bölüşdürüblər.

Bundan sonra qadın qrupların balans hərəkətində qaliblər müəyyənləşib. ABŞ təmsilçiləri 28.710 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Belçika gimnastları 28.140 xalla çempionatı ikinci, Avstriya idmançıları (26.910 xal) üçüncü pillədə başa vurublar.

Avropa çempionatının gümüşbürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətləri proqramında hakimlərdən 28.640 xal alaraq gümüş medala layiq görülüblər. Belçikalılar 29.280 xalla birinci, Böyük Britaniya təmsilçiləri isə 28.440 xalla üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, bu medal Azərbaycanın akrobatika gimnastikası tarixində dünya çempionatında qazanılan ilk gümüş medaldır.

Bununla da dünya çempionatında təmsilçilərimizin qazandıqları medalların sayı 3-ə çatıb.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Martın 13-dək davam edəcək yarışda idmançılar qadın, kişi qarışıq cütlükləri, eləcə qadın kişi qrupları proqramlarında balans, temp qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2022.- 13 mart.- S. 1; 8.