Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlətimiz tərəfindən müvafiq tədbirlər görülür

 

Görkəmli yazıçısı, dramaturq, ssenarist, prodüserkinorejissor Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov uzun sürən xəstəlikdən sonra 2022-ci il martın 11-də 83 yaşında Moskva şəhərində vəfat edib.

Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan NeftKimya İnstitutunda, daha sonra isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenaristrejissor ixtisası üzrə təhsil alıb.

Bütün həyatını yaradıcılığa həsr edən Rüstəm İbrahimbəyov Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda geniş tanınıb, onun əsərləri böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Rüstəm İbrahimbəyovun əsərləri əsasında 40-dan çox bədii filmteleviziya filmi, tamaşa çəkilib, "Urqa – məhəbbət dairəsi", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "Şərq-Qərb", "Səhranın bəyaz günəşi" və digər sənət əsərləri ona bütün postsovet məkanında böyük populyarlıq qazandırıb. Rüstəm İbrahimbəyovun ssenari müəllifi və rejissoru olduğu bir sıra filmlər beynəlxalq festivallarda müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycan dövləti Rüstəm İbrahimbəyovun fəaliyyətini yüksək qiymətləndirib. O, “Əməkdar incəsənət xadimi", “Xalq yazıçısı” fəxri adlarına, "Şöhrət", III dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə, Azərbaycan Respublikasının dövlət mükafatlarına layiq görülüb.

Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlətimiz tərəfindən müvafiq tədbirlər görülür.

Görkəmli yazıçı Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

 

Azərbaycan.- 2022.- 12 mart.- S.4.