Regionda yeni konfiqurasiyanın müəllifləri

 

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Avrasiya bölgəsində təhlükəsizliyin təmin olunmasına yönəlib

 

Prezident İlham Əliyevin martın 10-da Türkiyəyə etdiyi işgüzar səfər ilk növbədə ondan xəbər verdi ki, iki dövlət arasındakı münasibətlər ortaq milli-mədəni dəyərlərlə yanaşı, həm də müttəfiqliyə əsaslanaraq sürətlə inkişaf edir.

Bu müttəfiqlik isə tarixi sınaqlardan keçərək sarsılmaz qardaşlığa və dostluğa söykənir. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsi beynəlxalq münasibətlərin nadir hadisəsidir.

 

Türkiyədən verilən mesaj

 

Azərbaycan-Türkiyə münasibətləri ötən ilin 44 günlük Vətən müharibəsi zamanı özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi. Xalqımızın möhtəşəm qələbəsi ilə başa çatan bu savaş  Azərbaycan və Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı, əlaqələri daha da gücləndirdi. Bu müharibədə Türkiyənin siyasi-hərbi rəhbərliyi ilk gündən birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdi.

Ötən ilin iyun ayından isə Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətcə yeni mərhələnin təməli qoyuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki dövlət arasındakı qardaşlığın və strateji tərəfdaşlığın siyasi və mənəvi təcəssümü oldu. “Biz, sözün əsl mənasında, müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq”, - deyə Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirib.

Ankarada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşündə də Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb, postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub. Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə edilib.

Bütövlükdə, Prezident İlham Əliyevin Türkiyəyə səfəri dünyaya verilən yeni mesaj oldu. Bir daha göründü ki, Azərbaycanla Türkiyə öz münasibətlərini qardaşlıq və müttəfiqlik münasibətləri əsasında daha da möhkəmləndirir. Ölkələrimiz 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlarla əlaqədar ortaq maraqlarını qətiyyətlə reallaşdırırlar.

 

Azərbaycan qlobal miqyasda daim sülhü müdafiə edib

 

Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycanla Türkiyə regional beynəlxalq miqyasda sabitlik rifah vasitəsilə sülh, dostluq mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə münaqişələrin, regional qlobal təhlükəsizlik sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. Həmçinin aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik qarşılıqlı dəstək nümayiş etdirərək yaxın ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər.

Azərbaycan Türkiyənin öz münasibətlərində Şuşa Bəyannaməsində qeyd olunan bu prinsipləri rəhbər tutmaları bölgədə yaxın coğrafiyalarda sülhün təhlükəsizliyin təmin olunmasına xidmət edir. Hər iki dövlətin Ukraynada müharibənin dayandırılması ilə bağlı səyləri, bunun üçün nümayiş etdirdikləri ortaq mövqe bunu təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycan Türkiyə prezidentlərinin görüşündə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıldı, iki qardaş ölkənin müharibənin tezliklə dayandırılması istiqamətindəki səyləri yüksək qiymətləndirildi.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri qlobal miqyasda sülhün müdafiəsidir. Respublikamız daim dünyada sülhyaratma prosesində fəal iştirak edib, bu istiqamətdə səmərəli təklif təşəbbüslər irəli sürüb, öz praktiki fəaliyyəti ilə sülhün təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verib. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılması istiqamətində barışdırıcı missiya həyata keçirib. Respublikamız bir neçə il əvvəl BMT TŞ- üzvlüyü sədrliyi dövründə bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, iki il ərzində dünyada sülh təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirib.

Bütün bunların davamı kimi Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Hazırda region dövlətləri arasında mövcud olan çoxtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur.

Azərbaycanla Türkiyə arasında olan müttəfiqlik isə dövlətimizin bu istiqamətdə imkanlarını artırır, gücünə güc qatır. Bu baxımdan Azərbaycan-Türkiyə müttəfiqliyi iki qardaş ölkənin təhlükəsizliyini daha da gücləndirməklə yanaşı, həm regionda sülhün təmin olunmasına yönəlib.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 12 mart.- S. 1-2.