Paşinyan Ermənistanı fəlakətə sürükləyir

 

İrəvanda bahalaşma yaranmış böhranı daha da dərinləşdirir

 

Ermənistanda iqtisadiyyatdan tutmuş siyasət və digər sahələrə qədər vəziyyətin daha sürətlə pisləşməsi artıq özünü qabarıq göstərir. Hakimiyyət əleyhinə yönələn etirazların sayının artması və Nikol Paşinyanın istefasının əsas tələb kimi qoyulması mövcud iqtidarın durumunu xeyli ağırlaşdırır.

Əsasən qeyd olunur ki, müharibədəki məğlubiyyət fonunda Ermənistanda iqtisadi göstəricilər yaxşıya doğru dəyişməyib, əksinə, daha da pisləşib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb. İqtisadi tənəzzülün davam etməsi ilə birlikdə hakimiyyətin reytinqi də sıfra yaxınlaşır.

Qeyd olunur ki, hazırda ölkədə adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 16 dəfə, məhsuldarlıq isə 9 dəfə aşağıdır. Ermənistanın ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür. Bu sahədə islahatlara başlamaq barədə heç bir təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 25-30 faiz təşkil edir.

Bu məqamda məlum olub ki, gələn ayın əvvəlindən  Ermənistan istehlakçıları üçün qazın qiyməti artacaq. Bu qiymət artımı bahalaşma zəncirinin növbəti halqası kimi qiymətləndirilməlidir, çünki artıq su və işıq tarifləri qalxıb, əsas istehlak mallarının bahalaşması isə çoxdan gündəlik hadisəyə çevrilib. “4rd.am” saytı yazır ki, Ermənistan Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası qazın qiymətinin sərhəddə artmadığını, ölkəyə verilən qazın kalorifik dəyərinə uyğun tənzimləndiyini izah etməyə çalışsa da, ermənilərin qaza görə daha çox pul ödəyəcəkləri fakt olaraq qalır. Bildirilir ki, qazın qiyməti məsələsi Ermənistan cəmiyyəti üçün həmişə ən həssas məsələlərdən biri olub, ümumiyyətlə, bu, təkcə məhsulların qiymətinə deyil, həm də tranzit qiymətlərin formalaşmasında böyük rol oynayır. Bu ölkədə avtomobillərin əksəriyyəti təbii qazla işləyir. Yanacağın qiyməti qalxdıqda yanacaqdoldurma məntəqələri dərhal avtomobillərə doldurulan qazın  qiymətini artırır.

Ermənistanda qazın qiymətinin artması bir sıra obyektivsubyektiv səbəblərdən digər məhsulların qiymətlərinə zəncirvari təsir göstərir. Belə çıxır ki, inflyasiyanın artıq rekord həddə çatdığı halda qazın qiyməti kütləvi qiymət artımlarına səbəb olacaq. Başqa sözlə, əgər əvvəllər bahalaşma Ermənistanın sosial-iqtisadi vəziyyətinə ciddi zərbə vururdusa, indi mavi yanacağın bahalaşması nəticəsində vəziyyət, sadəcə olaraq, ekstremal xarakter alacaq.

Bu arada Ermənistanda əhalinin gəlirləri də azalmaqda davam edir.  Rublun devalvasiyası nəticəsində Ermənistandan Rusiya bazarına məhsulların ixracı xeyli zərərlə başa gələcək, ixracın azalması isə büdcəyə ödənilən məbləğin də xeyli azalmasına səbəb olacaq. Büdcədəki maliyyə boşluğunun dərinləşməsi nəticəsində hökumət, sadəcə olaraq, sıravi ermənilər qarşısında öhdəliklərini yerinə yetirə bilməyəcək, pensiya və maaşları da ödəyə bilməyəcək. Belə vəziyyətlərdə, son üç-dörd ilin göstərdiyi kimi, Paşinyan hakimiyyəti həmişə xaricdən yeni kredit cəlb etmək və ya dövlət borcunu artırmaq variantını nəzərdən keçirir.

Qeyd edək ki, malların gömrük rüsumları da artırılıb. Ermənistanda idxal edilən quş əti üçün gömrük rüsumu 30 faiz, düyümarqarin üçün 2 faiz, kartoflobya toxumları üçün 1 faiz artıb. Qiymətli və yarımqiymətli daşlarmetallar üzrə tariflərdə qızıl üçün 3-6 faiz, gümüş üçün 5 faiz artım olub. Bu ildən etil spirti, alkoqollu içkilər, tütünbir sıra digər məhsulların aksiz dərəcələri artırılıb ki, bu da onların son qiymətlərinin yüksəlməsinə səbəb olub.

Bütün bunlar göstərir ki, qarşıdakı dövr  Ermənistanda heçsakit keçməyəcək.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2022.- 12 mart.- S.4.