Yalanböhtana əsaslanan ədalətsiz fəaliyyət

 

Avropa Parlamenti özünü erməni maraqlarının yuvasına çevirdiyini bir daha təsdiqlədi

 

Son vaxtlar Avropa qurumlarının Azərbaycana  yönəlik ədalətsiz fəaliyyəti səngimək bilmir. Bunlar gah ATƏT-in Minsk qrupunun bərpası məsələsini, gah da Qarabağda, guya, erməni mədəni abidələrinin “təhlükə” altında olduğunu qabardıb yenə də ikili standartlar prinsiplərini nümayiş etdirirlər. Bu sırada isə Avropa Parlamentinin “canfəşanlığı” daha çox diqqət çəkir.

İkinci Qarabağ müharibəsindən sonra artıq ikinci dəfədir ki, bu təşkilat Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Hələ Vətən müharibəsindən az sonra AP Azərbaycan və Türkiyəni ittiham edən qərəzli qətnamə qəbul etmişdi. Həmin kağız parçasında Azərbaycanın savaşın getdiyi günlərdə guya Suriyadan olan muzdluların yardımından yararlandığı qeyd edilir, bununla bərabər, müharibədən sonra ordumuz tərəfindən zərərsizləşdirilən erməni diversantlarının qeyd-şərtsiz azad edilməsi tələbi irəli sürülürdü. Amma tarixi faktlar hər şeyi üzə çıxardı.

 

Dünyanın şahidlik etdiyi həqiqətə göz yuman təşkilat

 

Avropa Parlamenti Azərbaycana qarşı qərəzli yanaşmasını bu gündavam etdirir. Parlamentin martın 10-da plenar iclas keçirərək, Qarabağda, guya, erməni mədəni irsinin “məhv edilməsi” ilə bağlı müzakirələr aparması bunun daha bir təsdiqidir.

Yalan, böhtan və riyakarlığa sadiqliyin bu səviyyədə nümayişi adamı dəhşətə gətirir. İşğalçıya “gözyaşı” axıtması, qəsbkara qahmar çıxıb dəstəkləməsi, onun barbar, vandal əməllərini “görməməsi”, ən nəhayət, Ermənistanın 30 il ərzində Azərbaycana qarşı faşizm siyasəti yürütməsi bu qurumun fəaliyyət prinsipləri barədə aydın təsəvvür yaradır.

Qətnamədə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də, guya, eyni addımların atıldığı iddia olunur. Qətnamənin mətnində yer alan ifadələr, irəli sürülən ittihamlar o qədər absurd və yalandır ki, bunu ancaq illərdir dünyanı öz yalanlarına dolayan və dünyanın da nədənsə həvəslə yalanlarına “aldandığı” ermənilər yaza bilərdilər.

Elə Avropa Parlamentinin qətnaməsini də avroparlamentarilər yox, erməni yalan maşınının hazırladığını əminliklə deyə bilərik. Sirr deyil ki, Azərbaycana qarşı qərəzli, hətta düşmən mövqe sərgiləyən bu qurum erməni lobbisinin əsirinə çevrilib.

Real vəziyyət isə budur ki, müharibədən sonra Azərbaycana gəlib işğaldan azad edilən torpaqlara səfər edən bütün beynəlxalq təşkilatların nümayəndələri, hökumət və dövlət başçıları erməni vandalizminə şahidlik ediblər. Ərazilərdə erməni faşizmi tərəfindən bir kəndin, bir şəhərin belə salamat saxlanılmadığının, maddi-mədəni abidələrimizin yerləyeksan edildiyinin, təbii sərvətlərimizin talandığını gözləri ilə görüblər. Əcnəbi qonaqlar, jurnalistlər, eyni zamanda qəsbkarın bu torpaqları başdan-başa minalayaraq “barıt çəlləyinə” çevirməsini də görüblər. Yüzlərlə əcnəbi jurnalist, bloqçular işğaldan azad olunmuş ərazilərimizdə dağıdılan mədəni-dini abidələrdən reportajlar hazırlayıb dünyaya təqdim ediblər. Bu faktları Avropa Parlamentinin bütün üzvləri də görüb və izləyiblər.

 

Erməni lobbisi Avropa Parlamentinin tribunasını zəbt edib

 

Göründüyü kimi, Avropa Parlamenti erməni maraqlarının yuvasına çevrilib. Qətnamənin müəlliflərindən biri olan hollandiyalı deputat Peter Van Dalen ermənipərəstliyi ilə məşhurdur. Həmin şəxs 44 günlük müharibə dövründə canfəşanlığıilə seçilirdi. O, AP-nin tribunasından alovlu çıxışları ilə işğalçı Ermənistanı müdafiə edir, Azərbaycana qarşı erməni leksikonu ilətürklərin hücumu dayandırılmalıdırçağırışları səsləndirirdi. Amma ədalət öz yerini tapdı Azərbaycan  torpaqlarını əsarətdən qurtardı. Lakin hər kəsə bəlli oldu ki, erməni lobbisi Avropa Parlamentinin tribunasını zəbt edib.

Bu günlərdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Baş katibi Antonio Quterreşə işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi Füzuli şəhərində kütləvi məzarlıqların aşkar edilməsi barədə məktubu BMT Baş Assambleyasının Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Deməli, dünya erməni vandalizmindən danışdığı halda AP özünüməzlum xalqkimi göstərən erməniləri müdafiə etməklə əsl ermənipərəst mövqeyini ortaya qoyur. Bəşəriyyət iki ildir ki, erməni barbarlığına canlı şahidlik edir. İşğaldan azad olunmuş torpaqlarımızda dağıdılan dini, mədəni abidələr, məscidlərin durumu dünyaya nümayiş etdirilir. Hər rayonda demək olar ki, kütləvi məzarlıqlar aşkarlanır. Hansı ki, o məzarlıqlar ermənilər tərəfindən törədilən qətliamların təsdiqidir. Bunu necə gizlətmək olar.

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreşə işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi Füzuli şəhərində kütləvi məzarlıqların aşkar edilməsi barədə məktubunda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məsələsinə bir daha diqqət çəkib. Bildirilib ki, şahidlərin ifadələri əsasında aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib. 1990-cı illərdən bəri itkin düşmüş 6 ya 7 azərbaycanlıya məxsus olduğu ehtimal edilən meyit qalıqları tibbi-genetik müayinədən keçirilməsi məqsədilə tədqiqat qrupu tərəfindən ekshumasiya edilərək toplanılıb. Erməni əsirliyində olmuş Azərbaycan vətəndaşları hərbçiləri ifadələrində bildiriblər ki, onlarla azərbaycanlının cəsədləri işgəncəyə, təhqirə qeyri-insani hərəkətlərə məruz qalaraq hərbi yük maşınlarında daşınıb qeyd olunan ərazidə basdırılıb. Müvafiq dövlət orqanları şahidlərin verdikləri ifadələr digər axtarış materialları əsasında təxmin edirlər ki, aşkar olunmuş meyit qalıqları qeyd olunan ərazidə dəfn edilmiş şəxslərin yalnız cüzi bir hissəsini təşkil edir beləliklə, hazırda digər məzar yerlərinin axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Diqqətə çatdırılıb ki, əsir-girovluqda olmuş azərbaycanlıların məcburi şəkildə daşınması meyitlərin basdırılması özü-özlüyündə Ermənistan silahlı qüvvələrinin onların əlaltılarının törətdikləri cinayətlərin qəddarlığından amansızlığından xəbər verir. Cinayətkarlar əsir-girovluqda olmuş onlarla insanın ölümü ilə nəticələnən qəddar hərəkətlər işgəncələrlə yanaşı, digər ciddi müharibə cinayətləri törədiblər ki, bu da münaqişə zamanı cəsədlərin ləyaqətlə dəfn olunması, məzarlarına hörmətlə yanaşılması, müvafiq şəkildə saxlanılması işarələnməsi ilə bağlı beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.

 

Dünya əsl həqiqətə şahidlik edir

 

Belə faktların artdığı ərəfədə cinayətkarlar hələ cəzalandırılmayıb. Ermənistanın, onun agentləri əlaltıları tərəfindən törədilmiş müharibə cinayətləri insanlığa qarşı cinayətlərin araşdırılması istiqamətində hələ heç bir addım atılmayıb. Narahatlıq doğuran məqam həm ondan ibarətdir ki, Azərbaycanın bununla bağlı çağırışlarına Ermənistan tərəfi ilə, o cümlədən ən yüksək səviyyədə davamlı müzakirələrin aparılmasına baxmayaraq, rəsmi Yerevan məzarların, kütləvi qəbiristanlıqların yerinin müəyyən olunması ya itkin düşmüş azərbaycanlıların taleyinin ayıdınlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirəcək hər hansı informasiyanın təmin olunması ilə bağlı əməkdaşlıq etməkdən boyun qaçırır.

Qeyd edək ki, 1993-cü ildə baş verən Başlıbel faciəsi belə faktlardan biridir. 24 aprel 2021-ci ildə məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, 50 sm dərinlikdə torpağa basdırılmış, kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

Bütün bunlar tarixi faktlardır. Dünya erməni rəzilliyinə, erməni barbarlığına şahidlik etdiyi halda Avropa Parlamenti kimlərinsə gözünə pərdə tutmaq istəyir. Amma bəşəriyyət kimin haqlı olduğunu yaxşı bilir. Belə qərəzli, ədalətsiz qətnamələrlə Azərbaycana qara yaxmaq, təzyiq göstərmək mümkün deyil. Belə güclü ölkə üçün o kağız parçasının heç bir əhəmiyyəti yoxdur.

Dünya 44 günlük savaşdan sonra bir həqiqətə şahidlik etdi - işğal dövründə Qarabağ ətrafdakı 7 rayonun ərazisində Azərbaycanın 400-dən artıq tarixi-dini abidəsi məhv edilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənistanın dağıtdığı qəbiristanlıqların sayı 900-dan çoxdur. İnsanlar o torpaqlara qayıdarkən təkcə qoyub getdikləri evlərini yox, həm doğmalarının məzarlarını da tapmadılar. Əsl vandalizm budur.  AP bu vandalizmə münasibət bildirməlidir.

Amma Avropa Parlamenti orada əyləşən erməni lobbisinin quluna çevrilən beynəlxalq dəyərləri deyil, aldıqları mükafatları əsas götürən parlamentarilər bu qədər faktın qarşısında bir dəfə olsun Ermənistana irad belə tutmayıblar. Məqsədləri, niyyətləri hər kəsə bəllidir.

Azərbaycanın gündən-günə gücləndiyini, daha da qüdrətli dövlətə çevrildiyini görən erməni lobbisi istənilən çirkin əməllərə əl ata, hansısa qarayaxma kampaniyası iləsənədqəbul etdirə bilər. Lakin bu cür cəhdlərin hamısı bütün dövrlərdə bumeranq effekti verdiyi kimi, yenə eyni ssenari yaşanacaq. Sözsüz ki, erməni lobbisi  Azərbaycan diplomatiyası qarşısında acizdir. Çünki dünya əsl həqiqətləri görür kimin kim olduğunu yaxşı ayırd edə bilir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 12 mart.- S.6.