Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol layihələri barədə məlumat açıqlanıb

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci il martın 15-i vəziyyətinə görə respublikanın avtomobil yollarında həyata keçirilən layihələrlə bağlı vəziyyəti açıqlayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Füzuli-Hadrut avtomobil yolu üzrə texniki göstəricilər belədir: 12 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Bu yolda torpaq işləri 42 faiz, yol geyimi 23 faiz, boru və keçidlərin tikintisi 21 faiz icra olunub. Yolun 300 metr hissəsində asfalt-beton örtüyünün alt layı tikilib. İşlərin 2022-ci ildə başa çatdırılması planlaşdırılıb.

Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolunun texniki göstəriciləri: 22 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. Bu yolda mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 2700 metr hissədə asfalt-beton örtüyünün alt layı tikilib, 800 metr ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yolun əsası tikilir. İşlərin başa çatdırılması 2022-ci ilə nəzərdə tutulub.

Bərdə-Ağdam avtomobil yolunun texniki göstəriciləri: 45 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Bu yolda torpaq işləri 57 faiz, yol geyimi 19 faiz, boru və keçidlərin tikintisi işləri 45 faiz, körpülərin tikintisi 93 faiz icra olunub. İşlərin başa çatdırılması 2022-ci ilə planlaşdırılıb.

Qubadlı-Eyvazlı avtomobil yolu üzrə texniki göstəricilər: 28,5 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. Bu yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Yolun 8-ci kilometrliyində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb. Yolun tikintisinin 2022-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu üzrə texniki göstəricilər: 26,4 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. Hazırda yolun layihələşdirilməsi işləri aparılır. Yolun başa çatdırılması 2022-ci il üçün planlaşdırılır.

Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi üzrə texniki göstəricilər: 726,3 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. Bu yollarda torpaq işləri 83 faiz, torpaq yatağının və yol geyiminin tikintisi işləri 25 faiz, boruların tikintisi 95 faiz, yol nişanları 82 faiz icra olunub. İşlər 2022-ci ildə başa çatdırılacaq.

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi üzrə texniki göstəricilər: 32 kilometr, III texniki dərəcəli, 2 hərəkət zolaqlı. Yeni avtomobil yolunun layihələşdirilməsi ilə paralel olaraq torpaq işləri həyata keçirilir, 13-24-cü kilometrliyində torpaq yatağının və 1 körpünün tikintisi davam etdirilir. Bu yolda işlərin başa çatdırılması 2022-ci il üçün nəzərdə tutulub.

Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatmatorpaq işlərinin yerinə yetirilməsi üzrə layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 hektar sahədə ərazinin təmizlənməsi işləri görülür. İşlər 2022-ci ildə yekunlaşdırılacaq.

Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu üzrə texniki göstəricilər: 22 kilometr, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. Yolun ilk 8,5 və 9-22-ci kilometrliyində torpaq işləri yekunlaşıb, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir. Bu yolda işlərin 2022-ci ildə başa çatdırılması planlaşdırılıb.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu üzrə texniki göstəricilər: 70,4 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Qubadlı-Laçın istiqamətində 45 kilometr, Xanlıq istiqamətində 14 kilometr hissədə torpaq yatağının və körpülərin tikintisi işləri aparılır. Torpaq işləri 47 faiz, yol geyimi 10 faiz, boru və keçidlərin tikintisi 25 faiz, körpülərin tikintisi 24 faiz, istinad divarlarının tikintisi 22 faiz icra olunub. İşlər 2023-cü ildə başa çatdırılacaq.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu üzrə texniki göstəricilər: 39,7 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Bu yolda torpaq işləri 58 faiz, yol geyimi 17 faiz, boru və keçidlərin tikintisi 64 faiz, körpülərin tikintisi 56 faiz icra olunub. İşlərin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Ağdam-Füzuli avtomobil yolunun tikintisi üzrə texniki göstəricilər: 64,8 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Hazırda torpaq işləri icra olunur, paralel olaraq layihələşdirmə işləri aparılır. Torpaq işlərinin icrası 3 faiz yerinə yetirilib. İşlər 2023-cü ildə yekunlaşdırılacaq.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə texniki göstəricilər: 81,6 kilometr, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı. Layihəyə uyğun olaraq torpaq yatağı inşa olunur, həmçinin 8 körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır. İşlərin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yeni avtomobil yolu üzrə texniki göstəricilər: 123,6 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Yolboyu torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 50 faiz, boru və keçidlərin tikintisi 35 faiz, körpülərin tikintisi 48 faiz icra olunub. İşlər 2024-cü ildə başa çatdırılacaq.

Kəlbəcər-Laçın avtomobil yolu üzrə texniki göstəricilər: yol - 72,3 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9,8 kilometr. Hazırda mobilizasiyatorpaq işləri həyata keçirilir. Ümumi icra vəziyyəti 2 faiz təşkil edir. İşlərin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzrə texniki göstəricilər: yol - 80,7 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, Murovdağ tuneli - 11,6 kilometr; tunel - 1-6,3 kilometr. Yolun 12-13 və 26-28-ci kilometrliyində torpaq yatağının inşası, zəruri nöqtələrdə suötürücü boruların inşası aparılır. Həmçinin 8,5-8,7 və 12,8-13,5-ci kilometrlik hissələrində mövcud kanalların köçürülməsi və bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-26,5-ci kilometrlikdə kanalın inşası isə davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 metrdir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb. İşlər 2026-cı ildə yekunlaşdırılacaq.

 

Azərbaycan.- 2022.- 17 mart- S.2.