Enerjinin “İpək yolu

 

TANAP-ın təməlinin qoyulmasından 7 il ötür

 

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanla Tükiyənin birgə layihəsidir. TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulmuşdur. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın prezidentləri iştirak etmişlər.

Lakin TANAP təkcə bu üç ölkə üçün deyil, Avropa məkanı ücünmühüm əhəmiyyət daşıyır. Çünki o, Xəzərin sahilindəki  Səngəçal terminalından başlayaraq , Adriatik dənizinin sahilinə,  İtaliya  torpağınadək uzanan 3500 kilometrlik “Cənub qaz dəhlizi”nin ən böyük hissəsidir. Bu dəhlizi  yaradan üç kəmərin ikincisi olması    TANAP-ın dəyərini  daha aydın  əks etdirir. Belə ki,  TANAP Gürcüstan-Türkiyə  sərhədində genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur.

Təsadüfi deyil ki, bu boru xəttini  möhtəşəm “Cənub qaz dəhlizi”nin  birləşdirici halqası, onurğa sütunu  adlandırırlar.

Kəmərin təməlinin qoyulması tarixi bir hadisə idi. Bu, uzunmüddətli danışıqlardan konkret işlərə keçməyə imkan yaradırdı.  Çünki  TANAP-ın salnaməsi hələ bundan  xeyli əvvəl başlanmışdı. 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə hökumətlərarası saziş imzalamışdılar. Layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə də  elə həmin vaxtdan  start verilmişdi. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün detalları nəzərdən keçirilmişdi. Beləliklə, 2014-2015-ci illər TANAP-ın ərsəyə gəlməsində çox məsuliyyətli bir  dövr  olmuşdu.

Prezident İlham Əliyevin dediyi kimi: “TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək belə oldu”.

Enerjininİpək yolusayılan bu kəmər 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Qardaş ölkəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlanıb.

TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan 600 kəndindən keçərək Avropanın qapısına çatır.  Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir.

TANAP ildə 16 milyard kubmetr Azərbaycan təbii qazını nəql edəcək. Bunun 6 milyard kubmetri Türkiyədəki, 10 milyard kubmetri isə Avropa ölkələrindəki istehlakçılara çatdırılacaq. Növbəti illərdə isə kəmərin nəqletmə qabiliyyətinin əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə qədər artırılacağı nəzərdə tutulur.

2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan  qazını TAP-a ötürmək üçün hazır vəziyyətə gətirilib. Həmin  il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin əhəmiyyətini belə vurğulayıb: “TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya Herseqovina marşrutu üzərindəki ölkələr ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu bir həmrəylikdir bu həmrəyliyin adı da sülhdür. Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir. TANAP bu mərhələyə Türkiyə Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb”.

Xatırladaq ki, TANAP-ın səhmlərinin 51 faiziCənub qaz dəhlizi” QSC-, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi bp şirkətinə məxsusdur.

2020-ci il  dekabrın  31-dən  Azərbaycan qazı artıq Avropaya da  nəql olunur. TAP kəməri bu qitəyə daşıdığı mavi yanacağı məhz TANAP-dan qəbul edir. Bu yaxınlarda keçirilən  onlayn mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib ki, cari ildə kəmər vasitəsilə Türkiyə Avropaya 16,2 milyard kubmetr mavi yanacağın ixracı nəzərdə tutulub.

Yaxın  gələcəkdə  TANAP  təkcəŞahdəniz”dən deyil, Azərbaycanın digər yeni yataqlarından  hasil olunan  mavi yanacağı da   nəql edəcək. Bu  onun  siyasi iqtisadi əhəmiyyətini daha da artıracaq.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-17 mart.- S.1; 5.