Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 500; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 1053; 2011, ¹ 7, maddə 699; 2012, ¹ 4, maddə 354, ¹ 6, maddə 594; 2014, ¹ 12, maddə 1647; 2018, ¹ 3, maddə 521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun 3-cü hissəsinin üçüncü - altıncı abzasları müvafiq olaraq dördüncü - yeddinci abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

Bakı şəhər regional miqrasiya baş idarəsi”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2022-ci il

 

Azərbaycan.- 2022.- 18 mart.- S.3.